YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi şəhidin anım mərasimində iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsində şəhid olan Seyidov Şahmar Fikrət oğlunun anım mərasimində iştrak edib.

yeniazerbaycan.com xəbər verir ki, anım mərasimdə şəhid ailəsinə başsağlığı verilib, eyni zamanda YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən Mingəçevirli şəhidlərin  adlarının əbədiləşdirilməsi məqsədilə nəşr edilmiş plakat şəhidin ailəsinə təqdim olunub.