Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsinin şəhidləri İsmayılov Vüqar Eldar oğlu, Nəsirov Qəhrəman Fərman oğlu, Rzayev Əli Nəsib oğlu, İsgəndərov Şaxvələd İsgəndər oğlunun anım mərasimlərində iştirak ediblər.
Anım mərasimlərində şəhidlərin ailə üzvlərinə başsağlığı verilib. Eyni zamanda, YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə nəşr edilmiş plakatlar şəhidlərin ailələrinə təqdim olunub.