Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının əməkdaşları və fəalları rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq və lövhələrin ətrafında abadlıq işləri görüblər.
Belə ki, rayon təşkilatının nümayəndələri tərəfindən şəhid Sinan Məmmədovun yaşamış olduğu evin həyətində gül kolları və yaşıllıq sahələrinə qulluq göstərilib. Həmçinin, bulaq və xatirə lövhəsinin ətrafında təmizlik işləri aparılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Sinan Məmmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.