Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Dmitri Solnsevin ad günü məzarı başında qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili, Məlahət İbrahimqızı, rayon təşkilatının bir qrup fəal üzvü və şəhidin yaxınları iştirak ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Mərasimdə şəhidimizin əziz xatirəsi yad edilib, onunla bağlı xatirələr danışılıb. Qeyd edək ki, Dmitri Solnsev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ