Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Qubadlı rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır. Partiya rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub. Aksiya Abşeron rayonu ST.Sumqayıt ərazisi Məcburi köçkünlər üçün salınmış yaşayış massivinin parkında baş tutub. Tədbirdə YAP Qubadlı rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.