Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nümayəndələri rayonun Əniq kəndindən olan şəhid çavuş Yunusov Amrid Zaur oğlunun və şəhid leytenant İmaməliyev Sərraf Murtuzəli oğlunun ailələrini ziyarət ediblər.
Rayon təşkilatının nümayəndələri şəhid ailələrinin qayğıları ilə maraqlanıblar. Həmçinin rayon təşkilatı tərəfindən şəhid ailələrinə ərzaq yardımları təqdim olunub.
Görüşdən sonra şəhidlərin məzarları ziyarət olunub.