Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və müavinləri ilə görüş keçirilmişdir. Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədri Nicat Ələkbərov çıxış edərək ərazi partiya təşkilatlarının fəaliyyətindən, onların partiyanın yerli səviyyədə təşkilatlanmasında, üzvlərlə işin gücləndirilməsində və partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib. O, ərazi partiya təşkilatlarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb. Ərazi partiya təşkilatlarının partiya ideyalarının cəmiyyət arasında təbliğ olunmasında və vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasında əsas amillərdən biri olduğunu qeyd edib. Sədr gənclərin partiya sıralarına cəlb olunması və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələsini ərazi partiya təşkilatlarının diqqətinə çatdırıb.Görüşdə ərazi partiya təşkilatlarının işinin müasir tələblərə uyğun qurulması müzakirə edilib. Partiyanın nizamnaməsindən irəli gələn vəzifələr və qarşıda duran hədəflər ətraflı şəkildə təhlil olunub.
Görüşün sonunda Şahbuzkənd ərazi partiya təşkilatının sədri Xəqani Həzrətquliyev yubiley yaşı münasibətilə təbrik edilib və hədiyyə təqdim olunub.