YAP Sumqayıt şəhər təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə təsdiq edimilş tədbirlər planına uyğun silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatı Sumqayıt şəhərində ağacəkmə aksiyası həyata keçirib.

Sumqayıt şəhərinin Bakı küçəsi ərazisində keçirilən ağacəkmə aksiyasınıda YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri vəzifəsini icra edən Ramiz Hüseynov, partiya şəhər təşkilatının fəalları, könüllülər, o cümlədən Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin işçiləri iştirak ediblər. Aksiya çərçivəsində sözügedən ərazidə Eldar şamı fidanları əkib, ağacların dibi yumşaldılaraq su verilib. Sonda YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov aksiya iştirak edənlərə öz təşəkkürünü bildirib.