YAP Sumqayıt şəhər təşkilatının üzvləri Fəxri fərmana layiq görülüblər

YAP Sumqayıt şəhər təşkilatının üzvləri Fəxri fərmana layiq görülüblər

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının üzvləri Vətən müharibəsi zamanı şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi istiqamətində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar.
YAP İdarə Heyətinin üzvü, partiya şəhər təşkilatının sədri Ramiz Hüseynov və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Emin Əliyev N saylı hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunublar. Fəxri fərmanı YAP Sumqayıt şəhər təşkilatının üzvlərinə Vətən müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordenli Zahir Həsənov təqdim edib.