Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının İdarə Heyətinin onlayn formatda növbəti iclası keçirilib. Ərazi ilk partiya təşkilatları sədrlərinin də iştirakı ilə keçirilən iclasda Yuxarı Sarıcalı ərazi partiya təşkilatının sədri A.Məmmədovun hesabatı dinlənilib, rayon təşkilatının iş prinsipi və gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
YAP Tərtər rayon təşkilatından verilən məlumata görə, iclasda, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə də geniş müzakirə aparılıb.