YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında iclaslar keçirilib

YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında iclaslar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Qaynaq, Köçərli, Hüsənli və Ələsgərli ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş iclaslar keçirilib.

Ərazi partiya təşkilatlarında keçirilən tədbirlərdə partiyanın fəaliyyətinin əsas istiqamətləri və qarşıda duran vəzifələr müzakirə olunub.

İclaslarda əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda etdiyi proqram xarakterli çıxışının əsas məqamları diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən bu Qurultay tarixi əhəmiyyət daşıyır. Çıxışda milli maraqların qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, ideoloji işin müasir yanaşmalar əsasında qurulması və Azərbaycan həqiqətlərinin cəmiyyətə çatdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə ərazi partiya təşkilatlarının və hər bir partiya üzvünün fəal iştirakının vacibliyi qeyd edilib.

İclaslarda iştirakçıların fikir və təklifləri dinlənilib, ərazi partiya təşkilatlarının gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.