YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının üzvləri 44 günlük Vətən müharibəsində şəhid olanların ailələrini ziyarəti davam etdirir. Mayın 19-da YAP rayon təşkilatının sədri Ramiz Şabanov bir qrup partiya fəalı ilə birgə şəhid Hacıyev Qubad Cəmil oğlunun və şəhid İsmayıllı Şamil Kamil oğlunun ailələrini ziyarət ediblər.
İlk növbədə, şəhidlərin məzarları ziyarət olunub və məzarları üzərinə gül-çiçək dəstələri qoyularaq xatirələri anılıb.
Şəhid valideynləri ilə görüşlər zamanı onların problemləri ilə maraqlanılıb və köməkliklər göstərilib. Hər iki şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hər iki şəhid Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif olunub.