Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Xocavənd rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır. Rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub.
Aksiya Xocavənd rayon Şəhidlər Xiyabanında baş tutub. Tədbirdə YAP Xocavənd rayon təşkilatının fəalları iştirak ediblər. Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunulub. Sonra ağacəkmə aksiyası öz işinə davam edib.