YAP Xocavənd rayon təşkilatında Ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatında Ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə YAP Xocavənd rayon təşkilatı sədrinin səlahiyyətlərini əvəz edən Azər Süleymanov Yeni Azərbaycan Partiyasının İdarə heyətinin qərarı ilə təsdiq edilmiş (Protokol №4, 29.12.2021-ci il) Yeni Azərbaycan Partiyasında üzvülük haqqlarının məbləği və ödənilməsi qaydaları haqqında Ərazi ilk partiya təşkilat sədirlərini məlumatlandırılıb.  Görüşdə 2022- ci il ərzində görüləcək işlər barəsində geniş müzakirələr aparılıb.