YAP Xocavənd rayon təşkilatının nümayəndələri Qurban bayramını hərbçilərlə birlikdə qeyd ediblər

YAP Xocavənd rayon təşkilatının nümayəndələri Qurban bayramını hərbçilərlə birlikdə qeyd ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının təşəbbüsü ilə N saylı hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib. YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib ki, görüş xalqımızın ən qədim və əziz bayramlarından olan müqəddəs Qurban bayramı münasibətilə təşkil edilib.

Vurğulanıb ki, bu il Qurban bayramını işğaldan azad edilmiş rayonlarımızla, Qarabağımızla birlikdə bütöv Azərbaycan olaraq qeyd edirik.

Daha sonra hərbi hissədə adət-ənənəyə uyğun olaraq qurbanlıq heyvanlar kəsilib.

MÜŞFİQƏ