Oktyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işləri görməlidir.
Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.
Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verilib.