Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı dekabrın 9-da partiyanın yaranmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyasını keçirib. Aksiyada təxminən 200 nəfər iştirak edib. Ağacəkmə aksiyasında 800 ədəd ağac əkilib. Aksiya mart ayının əvvəlinə kimi davam edəcək və 5 min ağac əkilməsi nəzərdə tutulub.