Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçiriblər.
Aksiyada Cəbrayıl rayon İcra Hakimiyyətinin, YAP Cəbrayıl rayon təşkilatının idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri aktiv şəkildə iştirak edib. Aksiya çərçivəsində 620 ədəd müxtəlif növ ağaclar əkilərək suvarılıb.
Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.