Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının fəalları partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçiriblər.
Aksiyada YAP Cəbrayıl rayon təşkilatının İdarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri aktiv şəkildə iştirak ediblər. Aksiya çərçivəsində 684 ədəd müxtəlif növ ağac əkilərək suvarılıb.