8 Noyabr - Zəfər Günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Xocavənd rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu gün bütün azərbaycanlılar üçün gözəl və qürurverici gündür. Biz bu günü 30 ilə yaxın idi gözləyirdik. Ölkəmizin işğal altında olan əraziləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində 44 gün ərzində geri qaytarıldı.