DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ
21.05.2024 [10:39]
Azərbaycan xalqının tarixi yaddaşında, milli şüurunda əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının tarixi-mədəni xəritəsi müqəddəs bir məhəbbət məbədinə çevrilmişdir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Çar Rusiyasının Azərbaycanı işğalından sonra xalqımız qanlı fəlakətlərə və qırğınlara məruz qaldı. Bu işğal yalnız torpaqlarımızın zəbt olunması ilə nəticələnmədi, yüz minlərlə azərbaycanlı etnik təmizləmə siyasəti nəticəsində soyqırımına, repressiya və deportasiyalara məruz qaldı. Erməni vandalları Qərbi Azərbaycandan azəri türklərinin izlərini silməyə çalışsalar da, buna nail ola bilmədilər. Çünki o torpaqların hər qarışında ulu babalarımızın yaratdıqları tarixi abidələrimiz, milli-mənəvi sərvətlərimiz vardır. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. Azərbaycan mədəniyyətinə və müsəlmanlara aid dini abidələrin, azərbaycanlıların məzar daşlarının yerlə-yeksan edilməsi, indiki Ermənistan ərazisində Azərbaycan türk toponimlərinin tamamilə dəyişdirilməsi faktları erməni vandalizminin bariz sübutudur. Bu baxımdan tarixi sənədlər, qədim yazılı mənbələr, milli-mənəvi mədəniyyət abidələri və s. bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb. Azərbaycanın müzəffər liderinin dünya miqyasında artan nüfuzu, Azərbaycan xalqının öz quruculuq və müdafiə gücünə inamı ona bu gün Qərbi Azərbaycanın faciəsini, öz tarixi torpaqlarına qayıtmaq, eləcə də qonşu dövlətlərin xalqları ilə əməkdaşlıq və sülh şəraitində yanaşı yaşamaq kimi sülhsevər niyyətini bütün dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirməyə imkan verir. Qərbi Azərbaycanın milli-mənəvi sərvətləri, ədəbiyyat və incəsənəti, o cümlədən mətbuat tarixi kifayət qədər öyrənilməmişdir. Xüsusilə, Qərbi Azərbaycanın mətbuat tarixi, burada müxtəlif dövrlərdə fəaliyyət göstərən ayrı-ayrı qəzet və jurnallar barədə çağdaş oxucunun demək olar ki, məlumatı yoxdur. Bu baxımdan tanınmış tədqiqatçı dosent Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının məhz belə bir dönəmdə ərsəyə gəlməsi hər baxımdan əhəmiyyətli bir hadisə kimi çox diqqətəlayiqdir. Qeyd edək ki, C.Allahverdiyev Qərbi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, elmi-pedaqoji fikir tarixi, görkəmli ziyalıları və sair barədə müxtəlif səpkili əsərlərin müəllifidir. Onun uzun illər apardığı gərgin axtarışların nəticəsi kimi meydana çıxan “Qərbi Azərbaycan mətbuatı tarixi” əsəri yeni faktlar, açılmamış səhifələr, tədqiqatdan kənarda qalan hadisələrlə olduqca zəngindir. Kitabda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə əsaslı mövqeyə sahib olan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb və keşməkeşli, amma eyni zamanda şərəfli inkişaf yolu tədqiqata cəlb edilir. Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə geniş söhbət açılır.
Kitabın “Qərbi Azərbaycanda dövri mətbuat” adlı hissəsində xalqımızın milli-mənəvi mədəniyyət tarixinə şanlı səhifələr yazmış “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-rus”, “İrşad”, “Təkamül”, “Füyuzat”, “Tərəqqi”, “İqbal”, “Hümmət”, “Tuti”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarının İrəvan ədəbi mühitinin, maarif və mədəniyyətinin tərəqqisində oynadığı mütərəqqi rolundan bəhs edilir. Müəllif bu mətbuat orqanlarında geniş yaradıcılıq imkanları sərgiləyən Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Mirzə Cabbar Məmmədzadə, Əkbər Əkbərov, Məhəmməd Axundova, Ələkbər bəy Sultanov, Məhəmməd Xanlarov, Yaqub Əlibəyov, Mirzə Hüseyn Həsənzadə İrəvani və sair ziyalılar haqqında məlumat verməklə onların İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitinin canlanmasında və milli tərəqqi üçün daha geniş imkanların ortaya çıxmasında əhəmiyyətli təsirini qeyd etmişdir.
Kitabın “Qərbi Azərbaycanda ilk milli mətbuat orqanı: Lək-lək” adlı digər bir başlığında İrəvanın maarifpərvər ziyalılarının uzun və ardıcıl mübarizələrinin nəticəsi olaraq 1914-cü il 21 yanvar tarixində “Lək-lək” satirik jurnalının nəşri və onun Qərbi Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən bəhs edilir. “Lək-lək” in nəşri ədəbi-mədəni mühitin formalaşmasında bir dönüş nöqtəsi oldu. Cabbar Əsgərzadə başda olmaqla dövrün ən görkəmli ədəbi qüvvələri-Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və başqaları jurnalın ətrafında toplanmışdılar. “Molla Nəsrəddin” platformasına, onun əqidəsinə sadiq olan “Lək-lək” elə ilk nömrəsi ilə cəhalət və xurafata qarşı zəhmli bir yumruğa çevrilərək yeni tipli məktəblərin açılması, maarifçiliyin inkişafında qabaqcıl təcrübənin təbliği, təlim-tərbiyə üsullarının yaxşılaşdırılmasına dair məqalələr dərc edirdi. Qısa zaman ərzində jurnalın mübarizə sədası Cənubi Qafqazı aşaraq yayılma arealını genişləndirir, Orta Asiya və Türkiyəyə də gedib çatır. Müəllif Cəlal Allahverdiyev “Lək-lək” jurnalını mütərəqqi ideyaların carçısı hesab edərək, onun milli şüurun inkişafında və demokratik ideyaların təbliğindəki xidmətlərini müxtəlif prizmalardan işıqlandırmışdır.
Kitabın növbəti bölmələrində İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitində, həm də mətbuatı tarixində əlamətdar hadisələr kimi qiymətləndirilən “Bürhani-həqiqət”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq”, “Kommunist”, “Sovet “Ermənistanı”, “Xalq maarifi” qəzet və jurnallarının nəşri tarixlərindən, milli-mədəni tərəqqi yolunda bu mətbuat orqanlarının gərgin və əzmli mübarizəsindən, mətbuat tariximizdə özünəməxsus rolundan bəhs edilir. Qərbi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan “Zəngi” qəzeti adında və fəaliyyətində böyük milli-mənəvi mənaları ifadə etdiyi üçün bunu heç cürə həzm edə bilməyən Ermənistanın şovinist dairələri müxtəlif bəhanələr gətirərək onun adını dəyişdirib “Qızıl Şəfəq” qoydular”. Adı dəyişdirilsə də qəzet öz sələfinin mübariz ənənələrinə sadiq qalaraq Qərbi Azərbaycanda baş verən ictimai-ədəbi hadisələrin mərkəzində olmuş, respublikanın gündəlik həyatında baş verən məsələləri öz səhifələrində işıqlandırmışdır. Uğurlu fəaliyyəti nəticəsində artıq gündəlik nəşr olunan qəzet nəinki Cənubi Qafqazda, keçmiş SSRİ-də nəşr edilən mətbuat orqanları arasında böyük nüfuz qazana bilmişdi. Qəzetin uğurlu fəaliyyəti erməni qaragüruhçu dairələrində qıcıq yaratdığından onlar qəzetin ünvanının tez-tez dəyişməklə onun artan nüfuzuna və ardıcıl, həvəsli, əzmli fəaliyyətinə əngəl törətməyə çalışırdılar. Amma müəllifin apardığı araşdırmadan bəlli olur ki, “Qızıl şəfəq” məcmuəsi çox enişli-yoxuşlu yollardan keçsə də, milli mətbuat tariximizin hərtərəfli istiqamətlərdə öyrənilməsi sahəsində böyük töhfə hesab olunur.
Qərbi Azərbaycanın bir sıra rayonlarında yerli mətbuatın yaradılmasına və inkişaf tarixinə həsr olunmuş “Qərbi Azərbaycanda rayon qəzetlərinin meydana gəlməsi” hissəsində 1931-ci ildə Vedi rayonunda həftəlik orqan olan “Bolşevik surəti”, eyni ildə Basarkeçər rayonunun icraiyyə komitəsinin orqanı olan “Qırmızı Basarkeçər”, 1933-cü ildə Amasiya rayonunda Azərbaycan dilində mətbuat orqanı kimi “Maldarlıq cəbhəsində” qəzetlərin milli-mənəvi dəyərlərə söykənən əhəmiyyətli fəaliyyəti ilə bağlı qiymətli araşdırmalar var. Məlum olur ki, qəzetlər səhifələrində mövcud dövrün ideoloji istiqamətlərini, siyasi maarif sisteminin fəaliyyətini müntəzəm olaraq işıqlandırırdılar. Rayon qəzetlərinin səhifələrində sadə adamların əməyə, onlar qurmaq, yaratmaq eşqinin tərənnümünə həsr edilmiş yazılar üstünlük təşkil edirdi. “Maldarlıq cəbhəsində” qəzetinin adı son olaraq “Əmək” qəzeti adına dəyişdirilərək 56 il fəaliyyət göstərmişdir. Qəzetin redaksiyası yanında yaradıcı insanlar və qələm sahiblərindən ibarət “Ədəbi dərnək” yaradılır. İmzaları Ağbabanın hüdudlarını aşan Əli Bayramov, Avtandil Ağbaba, Abbasqulu Əmirov, Məcnun Şabanov, Sultan Orucoğlu, Şahin Əliyev bu sırada idilər.
“Qərbi Azərbaycanın tanınmış mətbuat xadimləri” hissəsində müəllifin Qərbi Azərbaycanın qabaqcıl ziyalı, görkəmli ictimai xadimləri, elm və təhsil sahəsində əhəmiyyətli xidmətləri olan şəxsiyyətlərin ədəbi-mədəni fəaliyyəti ilə bağlı araşdırdığı məlumatlar diqqətəlayiqdir.
Vətən ruhumuzun əsir olduğu yerdir. Qərbi Azərbaycan da xalqımız üçün belə bir əzəli, ruhunun hər zaman üzərində dolaşdığı yurd yeri, Vətəndir. Dosent Cəlal Allahverdiyevin bu qiymətli tədqiqat əsərinin hər hissəsində Qərbi Azərbaycan ədəbi mühitinə, maddi-mənəvi dəyərlərinə özünəməxsus həssaslıq, sevgi, diqqət danılmazdır. Kitab mətbuat tariximizin indiyədək işıqlandırılmayan və üzə çıxarılmağa ehtiyac duyan gerçəkliklərinə işıq tutaraq, onun ağrılı-acılı səhifələrindəki boşluğun doldurulması istiqamətində atılan ilk və layiqli addım kimi dəyərləndirilir və düşünürəm ki, Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı bir mənbədir.
Avtandil Ağbaba,
Filologiya üzrə elmlər doktoru, professor
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

