Yaradıcı ruhun azadlıq qüvvəsi
22.05.2024 [11:12]
Roza Cəlilova - 95
Həqiqi sənət və ya sənətin həqiqi üzü 5 sual - 5 cavabda
Müsahibə “Mirzə İbrahimov irsinin tədqiqi və təbliği Fondu”nun layihəsi çərçivəsində həyata keçirilib.
“Mirzə İbrahimov irsinin tədqiqi və təbliği” Fondunun həyata keçirdiyi layihələrinin məqsədi milli-mədəni irsimiz olan - elm, zəka, sənət elitasının XXI əsrin çağırışlarına olan mesajlarını canlı ünsiyyət zamanı dinləyib, qələmə alıb milli ideya, bədii təfəkkür xəzinəmizi daha da zənginləşdirməkdir.
2024-cü ildə milli rəqs sənətimizin korifeyi, Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilovanın - 95 illiyi qeyd olunur. Yubiley çərçivəsində kütləvi informasiya vasitələri, tanınmış efir adamları Roza xanımdan müsahibələrini almış, həyat və yaradıcılığını dolğun açıqlamışlar. Qeyd edək ki, ümumiyyətlə bizim müsahibələrimizin missiyası tam fərqli olaraq, Azərbaycanın yaradıcı şəxslərini bir intellektual fərd kimi təqdim etməkdir. Bugünkü müsahibimiz Şöhrət və Şərəf Ordenli, Azərbaycanın Xalq artisti, Roza Cəlilovadır.
“Mirzə İbrahimov irsinin tədqiqi və təbliği” Fondu Roza Cəlilovanın - 95 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində “Yaradıcı ruhun azadlıq qüvvəsi” (Həqiqi sənət və ya sənətin həqiqi üzü 5 sual - 5 cavabda) elmi-sənədli video-filminin çəkilişini həyata keçirib və geniş ictimaiyyətə təqdim etmişdir.
- Roza xanım, 95 illik yubileyiniz münasibəti ilə Sizi təbrik edir. Müsahibə verdiyinizə görə təşəkkür edirik. Roza Cəlilova siması - Azərbaycanın milli-mədəni irsidir. Eyni zamanda Azərbaycanın yaradıcı intellektual elitasıdır. Sizin milli xoreoqrafiya sənətinin inkişafına verdiyiniz töhvələr misilsizdir. Düşünürəm ki, müsahibəmizdə qeyd olunan 5 rəqəmi taleyinizlə bağlı əlamətdar bir rəqəmdir. 5 sual - 5 cavab formatında qurulan müsahibə sənət portretinizi, azad ruhunuzun güvvəsi və tərəqqipərvər təfəkkürünüzü daha parlaq təsvir edə bilirəm. İlk sualım - 95 illik həyat yolunuzun başlanğıcına nəzər salıb təcrübənizə arxalanaraq sənətdə nəyin üstün və əsas olduğunu seçərdiniz: İstedad ya zəhmət!?
- Əlbəttə sevgi. Milli rəqsə sevgi əsasdır. Milli irsə məhəbbət, sənət adamını rəqsi bütün bəşəriyyət miqyasına qaldırmağa sövq edir. Mən klassik xoreoqrafiya məktəbini oxuyurdum, lakin hər zaman gözümün önündə milli rəqs, milli musiqi, milli geyim parlayırdı. Məktəbi bitirəndən sonra Opera və Balet Teatrında ən gözəl balet rəqslərini ifa etməyimə baxmayaraq, arzuma nail olaraq tezliklə Filarmoniyada Mahnı və Rəqs Ansamblına daxil oldum. Milli rəqs ifa etmək. Milli rəqsə sevgim, rəqs ənənələrinə bağlılığım gec də olsa, məni arzuma çatdırdı. İki ildən sonra artıq Azərbaycan rəqsini ifa edirdim.
- “Azərbaycan milli rəqs sənəti”, bu məfhumun bir çox mənbələrdə açıqlaması vardıq. Lakin biz Roza Cəlilovanın şərhində bu nəzəriyyəni dinləmək istərdik. Azərbaycan milli rəqsləri digər xalqların rəqslərindən nə ilə fərqlənir? Azərbaycan milli rəqslərinin özəlliyi, onun xarakterik xüsusiyyətlərlə ilə fərqlənir?
- Mən bu suala belə cavab verərdim. Təhsil və yaradıcılığım barədə qısa da olsa məlumatı təqdim edim. Mənim xoreoqrafiya sənətində ilk addımlarım tarixin ən çətin ilinə - 1937-ci ilə təsadüf edib. Daha sonra M. F. Axundov adına Opera və Balet Teatrı, daha sonra M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı. Artıq 1957-ci ildən isə xaricə, qastrol səfərinə getdim. Hansı ölkədə oldumsa orda Azərbaycanın ən nəfis rəqslərini “Bənövşə”, “Tərəkəmə”, “Qızılgül” rəqslərini ifa edirdim. İnanırsız, bu rəqslərin melodiyasını nota köçürürdülər. Deyirdilər ki, biz də bu rəqslərin melodiyasında? istifadə edəcəyik. Hətta rəqs hərəkətlərimizi də qeydə alırdılar. Bu mənə böyük qürur gətirirdi. Fikirləşirdim ki, rəqs seçimim düzgün olmuşdu. Seçdiyim bu rəqslər tarixi rəqslərdir. Şifahi xalq ədəbiyyatı nümunələri musiqiyə daha çox ahəng verirdi.
Atamın arzusunu yerinə yetirərək balet məktəbini bitirib klassik baletlə məşğul oldum. Məni baletə böyük məmnuniyyətlə götürmüşdülər. O dövrdə bu böyük hadisə idi. Çünki ilk azərbaycanlı qızı bir milli kadr kimi klassik baletə gəlmişdi. 9 illik balet təhsilimdən sonra arzumun ardınca milli rəqsə getdim.
Azərbaycan milli rəqsində sındırmalar, gözə baxış, incəlik, utancaqlıq var. Mən bu gün çox məyusam, indi o hərəkətlər yoxdur. Mən dərd çəkirəm, nə üçün ki olmasın? - Ona görə ki, tədris edən peşəkarlar yox dərəcəsindədir. Rəqslərimizdəki gözəl sındırmalar, ürkək baxışlar, utancaqlıq - bunlar niyə itirilib? Yalnız, əlləri yuxarı fırlanmalar qalıb. Əlbəttə ki, bu hərəkətlər milli rəqsdə vacibdir, lakin aşırı yox, çünki rəqsdə olan unudulan incəliklər - sındırmalar, çiyin hərəkətləri, utanma - bizim bəzəyimizdir. Ümumiyyətlə, incəsənət bizim güzgümüzdür, biz ona baxıb fərəhlənməliyik. Tarixiliyimizi qorumalıyıq. Milli adətimizə görə cavan qızları və xanımları rəqsə dəvət edərlər. Rəqsə utana-utana girərlər. Məhz ondan sonra xanım əl qaldırıb rəqs edər. Bunlar hamısı gözəllikdir, xanımların ismətidir. Çox təəssüflər olsun ki, milli ənənələr həm rəqsdə həm əxlaqda unudulur.
- Hazırda cəmiyyətimiz sürətli informasiya dövründə, o cümlədən sərhədsiz kontent dövründə yaşayır. İnformasiya məkanında xoreoqrafiya sənətinə dair saysız-hesabsız məlumat vardır. Düşünürük ki, bu durumda Sizin kimi peşəkarın biliyinə və zövqünə arxalanmalıyıq. Missiyamız cəmiyyətin estetik zövqünü formalaşdırmaqdır. İncəsənətdə və mədəniyyətdə, o cümlədən tele-radio məkanında. Bu missiyanı məhz elmli və peşəkar insan yerinə yetirməlidir. Sizin fikrinizcə, xoreoqrafiya təhsilinə, dövlət rəqs kollektivlərinə, özfəaliyyət rəqs qruplarının fəaliyyətinə diqqət artırılmalıdırmı? Həqiqi peşəkarlar nə dərəcədə cəlb olunur bu işə?
- Çox gözəl sualdır. Cavabımda nəzərinizi yenə tarixə salacam. O dövrdə həm ifa edənlər, həm tədris edənlər, həm rəhbərlik edənlər əsl peşəkarlar olub. Əminə xanım Dilbazi, Qəmər xanım Almaszadə, Rəfiqə Axundova və Maqsud Məmmədovlar, Əlibaba Abdullayev, Leyla Vəkilova və digərləri milli rəqs sənətimizin tarixidir. Mən çox sevinirəm ki, onları görmüşəm. Onlardan öyrənmişəm. Onlarla çiyin-çiyinə olmuşam. Məni öz xoreorafik hərəkətlərim də var idi və təcrübədə tətbiq edirdim. Mənim Sizin sualınıza cavabım budur - məhz belə korifeylər Azərbaycan mədəniyyətinə, incəsənətinə və təhsilinə xidmət edib. O illərdə 29 yaşında fəxri ad almaq böyük şücaət idi. 1959-cu ildə 29 yaşında mən yüksək mükafatlara, orden və fəxri adlara layiq görülmüşdüm. Sual verirdiniz ki, yeni və ya gənc nəsil ifaçılardan kimin yaradıcılığını izləməyə məsləhət bilərdim? Yaxşı sualdı. Amma mən gərək düşünəm. Dərhal cavab verə bilmərəm. Gənc nəsil yaşlı nəsil mütəxəssislərin nəsihət, tövsiyə və iradlarına diqqətli və minnətdar olmalıdırlar. Bir balaca epizodu sizə nəql edim. Çox təəssüf ki, hal-hazırda bu belə deyil. Cavan olarkən mən səhnədə rəqs ifa edirdim. Konsertdən sonra ifamı izləyən çox hörmətli dövlət nümayəndəsi məni təbrik etdi və irad tutdu ki, “Rəqs ifa edərkən ətəyin altından çahçur şalvarın görsənir. Rəqs edərkən həm düzgün hərəkət həm də düzgün geyim seçilməlidir. Axı sən azərbaycanlı qızısan”. Bu sözlər mənə ömürlük dərs oldu.
- Sizcə folkorumuz milli rəqslərimizdə hansı dərəcədə əksini tapır? Siz bir çox korifey bəstəkarlarla çalışmısız. Bu gün xalq rəqslərimizin elmi tədqiqi və böyük səhnədə tətbiqi hansı səviyyədədir?
- Xaricdən qonaqlar gələndə birinci folklora baxmaq istəyirlər. Bizim gözəl rəqslərimiz var. Tarix həmin o folklorda əksini tapır. Sovet dövründə İsveçrədən, Finlandiyadan gələn qonaqlar birinci növbədə folklora baxmaq istəyirdilər. İnanırsız, böyük zövq alırdılar. Sonra baletə baxırdılar. Bu gün milli rəqsə folklorun tətbiqi əlbəttə var. Amma diqqət artırılmalıdır. Çox işlənilməlidir. Mənim o qədər solo rəqslərim var ki, tarixi ad alıblar. Amma onların heç birini səhnədə görmürəm. Üzeyir bəyin yaratdığı Rəqs və Mahnı Ansamblının repertuarı unudulub. Bilirisinizmi nə üçün? Solo rəqslər yoxdur. Həmin rəqslər axtarılıb tapılmalıdır. O dövrdə Üzeyir bəyin Mahnı və Rəqs Ansamblı üçün yazılan musiqi, solo rəqslər, milli paltarlar xaricdən gələn qonaqları valeh edirdi. Xarici qonaqlar birinci Mahnı və Rəqs Ansamblının konsertinə baxıb, sonra o biri kollektivlərin yaradıcılığı ilə tanış olurdular. Rəqslər musiqiyə və sözə görə qurulardı. “Qızıl gülü biçmişəm. Üstündə and içmişəm, min gözəlin içindən, təkcə səni seçmişəm” - qurduğum bu rəqsi Niyazi çox bəyənmişdir. Hətta Fransaya aparmaq niyyətində idi. Amma Allah qismət eləmədi.
- Yaradıcılıq böhranı: sənətkarın fərdi psixoloji problemidir və ya bədii təhsilində olan boşluğun fəsadıdır?
- Çətin sualdır. Bədii rəhbər peşəkar olmalıdır. Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Səid Rüstəmov,Vasif Adıgözəlov. Biz şəxsiyyətlər bizim bədii rəhbərlərimiz olub. Onlar musiqi bəstələyirdilər, həmin musiqiyə rəqslər qurulurdu. İndi rəqslərdə bədiilik yoxdur. Bədii rəhbərlərin istiqaməti yoxdur. Mən elə bilirəm ki, düzgün seçim və şərait yaradılmalıdır. Bu amillər varsa böhrandan çıxış yolu da var. Mən bu sənətin içində böyümüşəm. Sənətkar xalqın məhəbbətini sənəti ilə qazanır. Mən xalqımın məhəbbətini qazanmışam. Xalq məni sevib. Bu isə bütün mükafatlardan yüksəkdir.
- Roza xanım, düşünürəm ki, müsahibəmizin 5 sual - 5 cavab formatına uyğun olaraq addım-addım, yaradıcılığınızın müdriklik zirvənizə artıq qalxa bildik, azad ruhunuzun qüvvəsini sezə bildik. Müsahibə zamanı real vəziyyəti, problemlərimizi gördük və perspektivləri də cıza bildik. Amma bu zirvədə dayanıb, nəfəsimizi dərib, fəlsəfi düşüncələrimizə bir qədər dalaq, kulturoloji paralellər aparaq.
Azərbaycan Şərq sivilizasiyasının bir parçasıdır. Hind rəqsini Azərbaycanda ilk səhnəyə gətirən sənətkar kimi hind rəqslərinin mifologiya ilə sıx əlaqəli olmasına bələdsiz. Qədim hind mifologiyasına görə rəqsin tanrısı Natarac - “Tandava” rəqsi ilə kainatı hərəkətə gətirən, düşməni lərzəyə salan mifoloji obrazdır. Bizim qədim milli rəqsimiz “Tərəkəmə” də hərəkət fəlsəfəsi ilə bağlıdır. Necə ki, “Tandava” rəqsi kainatın hərəkətini təcəssüm etdirirsə, eləcə də qədim köçəri maldar tayfalarının “Tərəkəmə” rəqsi də hərəkətlə bağlı olub bir obanın digər obaya köçünü nəql edir. Mən Sizin “Tərəkəmə” rəqsinizi “YouTube”dan dönə-dönə izlədim.
Tamaşaçıda formalaşan stereotipə görə Şərq rəqsi mütləq ekzotik, incə, romantik olmalıdır. Amma mən Sizin “Tərəkəmə” rəqsinizdə cəngavər qadının bir rəqsini gördüm. Keçmişini unutmamaq, milli kökünə bağlı olmaq şərti ilə hərəkətə, inkişafa, tərəqqiyə dəvət edən bir obraz gördüm. Həmin rəqsdə bol sayda jestikulyasiya və mimika müşahidə edilir. Hətta elə anlar vardır ki, sanki Siz tamaşaçıya sadəcə gülümsəmirsiz - elə təsəvvür yaranır ki, rəqsin dili ilə müraciət edirsiz. Siz tamaşaçıyla interaktiv ünsiyyətə, dialoqa daxil olursuz. Bu rəqs bir dialoqdur. Bu rəqs hekayədir. Siz bu rəqslə nəyi izah edirsiz, hansı hekayəni nəql edirsiz? Bizimlə bölüşün.
-Gör nə qədər Siz diqqətlə bu rəqsə baxmısız. Bu mənim üçün sevincdir. “Tərəkəmə”də musiqi sədaları altındakı hərəkətlər, mimika, incə-utancaq baxışlar, asta fırlanmalar, bunlar milli rəqsimizin gözəlliyindən nəql edirdi. Tarixə düşmüş “Tərəkəmə” indiyə qədər yaşayıb, yaşayır və yaşayacaq, xalqımın zövqünü oxşayacaq, necə ki, oxşayır.
Müsahibəni apardı:
Yeganə Əliyeva
“Mirzə İbrahimov irsinin tədqiqi və təbliği” Fondunun Elmi katibi,
AMEA-nın aparıcı elmi işçisi,kulturologiya üzrə fəlsəfə doktoru, dosent.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

