Göyçənin unudulmaz şəxsiyyətlərindən - pedaqoq, dövlət xadimi Tapdıq Əmiraslanov
31.08.2024 [07:32]
Bu məqaləni 26 il əvvəl yazmışam. Təxminən o illərdə nəşr etdirdiyim “Müharibə ağrılarım” kitabıma daxil etdim. Bəs niyə təkrar bu yazıya qayıtdım? Hər il sentyabr ayı gələndə atamı, bütün müəllimlərimi və bir də müəllim adına qəlbimdə əzizlədiyim insanları xatırlayır, sanki yeni dərs ilini təbrik edirmiş kimi. Yenə sentyabr gəlib çatır. Bütün təhsil ocaqlarının qapıları taybatay açılır, müəllimlər, şagirdlər, tələbələr böyük həyəcan və sevinclə o məbədgaha - məktəblərə üz tuturlar. Yeni dərs ilimiz mübarək olsun!
Hər il yaddaşımda silinməz izlər qoyan, qəlbimdə ehtiramla, məhəbbətlə xatırladığım, gələcəyə, gəncliyə örnək olası ömür yaşamış böyük şəxsiyyətlərdən biri də tanınmış pedaqoq, dövlət və ictimai xadim Tapdıq Əmiraslanovdur (1918-1976).
Tapdıq Əmiraslanov görünüşcə hökmü, zəhmi nə qədər ağır olsa da, bir o qədər də səmimi davranışı ilə insanları özünə mərhəmləndirən şəxsiyyət idi. O, yüksək, nəcib insani keyfiyyətləri ilə hamının rəğbətini qazanmış, haqqı tapdananların ümid qapısına çevrilmişdi. Ona görə də bu ağayana duruşlu, üzündə-gözündə haqq işığı görünən, çox adamların, ən əvvəl isə Basarkeçər rayonu ərazisində yaşayan millətinin əzizi, sevimlisi idi.
Onun haqqında əhatəli yazmaq üçün şəxsən onu tanıyanlarla, onunla eyni vaxtda maarif sahəsində çalışanlarla, dost-tanışları ilə söhbət edib, ötənləri həzin xatirələrlə andıq. Görüb qəlbimdə yaşatdığım xatirələrə, eşitdiklərimə, eləcə də övladlarına yazdığı məktublardakı isti duyğularına, səmimi münasibətlərinə, ata - ailə məhəbbətinə, Vətən, millət təəssübünə söykənib ilkin tanışlıq üçün bir yarpaq söz demək istədim.
Tapdıq müəllim çox gənc - 23 yaşından kənd orta məktəbində direktor işləyib. Ali təhsilini İrəvan şəhərində fəaliyyət göstərən Azərbaycan Pedaqoji Məktəbində alıb (1933-37). Gənc mütəxəssis biliyinə, qabiliyyətinə görə irəli çəkilərək 1950-ci ildə Basarkeçər rayon partiya komitəsində şöbə müdiri vəzifəsinə təyin edilir. Dörd ildən sonra isə o, partiya komitəsinin II katibi seçilir. Rəhbər vəzifədə işlədiyi illərdə həmişə ermənilər tərəfindən daim yerli-yersiz əzilən, döyülən, təhqir olunan millətinin təəssübünü çəkib, onlara arxa olub. Kəndlərdə yaşayış tərzinin yaxşılaşdırılması qayğısına qalıb, vaxtaşırı əhalinin dolanışıq imkanlarını genişləndirməyə cəhd göstərib. Vəzifə imkanlarından istifadə edərək, hüquqi qanunları əsas götürərək məntiqlə danışıb ki, sözünü nahaq, əsassız sözlə kəsməsinlər. Üstəlik də erməni dilini təmiz bildiyindən ermənilər boğula-boğula qalmışdılar. Onu rəhbər aparatdan birtəhər aralamaq üçün fürsət, məqam axtarırdılar. Bu vəzifədə beş il işləyəndən sonra rayon maarif şöbəsinə müdir (1959) təyin edildi. Tapdıq müəllim ona qarşı olan sərtliyi, ögeyliyi görsə də, sezsə də qətiyyətini heç vaxt sındırmayıb. Ömrünün axırınacan (1976) rəhbərlik etdiyi maarif sahəsindəki fəaliyyətinin, fədakarlığının nəticəsi hər an yerli əhalinin gözü önündə olub. Rayonun çox kəndlərində (təbii ki, söhbət azərbaycanlılar yaşayan kəndlərdən gedir) ən əvvəl, tezliklə ikimərtəbəli, yaraşıqlı məktəblər tikdirdi, çox kəndlərdə belə məktəblərin inşası üçün hazırlıq işləri gördü. Demək olar ki, bütün kəndlərdə uşaq bağçaları açaraq körpələrin istirahəti, əyləncələri, məşğuliyyəti üçün şərait yaratdı. Kəndlərin 80 faizində səkkizilliyi ləğv edib, orta təhsil sistemi yaratmağa nail oldu. Adamı qılınc kimi kəsən şaxtalı qış günlərində uşaqların 5-6 km, bəzən 10-12 km uzaqda olan başqa kənd məktəblərinə gedib-qayıtmasının qarşısını beləcə alırdı. Bütün siniflər üzrə şagirdlərin dərsliklərini vaxtında təşkil etdirir, onların təlim-tərbiyəsinə, davranışlarına xüsusi diqqət yetirirdi. (Yeri gəlmişkən, qeyd edim ki, bu dərsliklərin hamıısı Azərbaycandan alınırdı, yəni biz şagirdlərin öyrəndiyi, oxuduğumuz dərs kitablarımızın hamısı Azərbaycan təhsil Proqramı əsasında idi. Erməni, Ermənistan təhsil sisteminin bizə heç bir aidiyyatı yox idi). Dərslərin yüksək səviyyədə tədris olunması üçün Tapdıq Əmiraslanovun ciddi tələbkarlığı da var idi. Bir gündə altı-yeddi kənd məktəbinə baş çəkər, şagirdlərin dərsə hazırlıq qabiliyyətinə şəxsən diqqət yetirərdi.
- Həə, bu sinifdə neçə qoçaq oxuyan var? - sorğusunda bir müəllim- valideyn narahatçılığını sezməyə bilmirdik. Xatırladım ki, o, rayon təhsil şöbəsinin müdiri kimi bizim məktəbimizə də tez-tez gəlir, siniflərə daxil olur, bəzən də bütöv bir dərsimizdə oturardı. Bunlar olduqca xoş, ibratəmiz, görüb-götürüləsi xatirələrdir.
Heç unutmadığım bir hadisə yenə də fikrimdə canlandı: Birinci rübün yekun günləri idi. Məktəbə yoxlama gəlib deyə hamı özünü nizam-düzən verirdi. Dördüncü dərsimiz idi. Dərs başlayandan beş dəqiqə sonra sinif qapısı döyüldü və içəri 3-4 kişi daxil oldu. Onlardan biri məktəb direktorumuz, biri dərs hissə müdirimiz idi, ikisi isə məktəbə gələn komissiya idi. Onlardan biri, ucaboylu zəhmli bir kişi “dərsinizi dinləmək istəyirik” - dedi və hamısı keçib arxa partada oturdular. Cəbr dərsimiz idi. Bu fənni həmişə birinci ya ikinci saatda keçərdik. Bu gün nədənsə cədvəli dəyişmişdilər. Müəllimizin “Kim dərsimizi bilir” - sualının arxasınca yeni bir sual da gəldi. “Kim lövhəyə çıxar?”. Bu suala cavab olaraq bir neçəmiz əlimizi qaldırdıq. Lövhəyə məni çıxartdı. Və lövhəyə çətin bir misal yazdı. Bu misalı həll edə bilərsənmi? “Əlbəttə, edərəm”, - dedim və təbaşiri alıb “işə” başladım. Sinifdə iki lövhə yanaşı idi. Misalı həll edirdim, davamında ikinci lövhəyə keçdim (məncə triqonomik funksiyaya aid misal idi). Bu lövhəni də yarıya qədər çatdırdıqdan sonra nöqtə qoydum və “müəllim bitirdim”, dedim. Müəllimimin “Cavab alındımı?” - sualına həmən dilləndim ki, bəli, istəyirsiniz kitabın sonundakı cavablara baxın. Bu zaman komissiya dediyimiz ucaboylu kişi yerindən durub yanıma gəldi. “Afərin”. Adımı soruşdu. Bu zaman müəllimimiz “Qasım müəllimin qızıdır” - dedi. Bu sözü eşidən kimi, komissiya bərkdən güldü. Sonra da qayıtdı ki, “bayaqdan dörd sinfə baş çəkmişik, hamısında da belə hazırcavab, səliqəli geyimdə, ədəbini-duruşunu bilən şagirdlə rastlaşdıq. Dərs cavabını dinləyəndən sonra məlum olub ki, Qasım müəllimin qızı və ya oğludur, cavabını almışıq”. Dərsdən sonra evə gələndə komissiya kişiləri evimizdə gördüm. Çay süfrəsi arxasında atamla söhbət edirdilər. Atam məktəbimizdə fizika-riyaziyyat müəllimi idi. Biz ailədə 11 uşaq olmuşuq. Sən demə atamla bu ucaboylu, zəhmli komissiya yeddinci sinfə qədər bir sinifdə oxuyub, bir partada oturublar - Zod kənd məktəbində. Bu günkü yoxlamanın yekunu olaraq sinif yoldaşının balalarının hünərini görəndən sonra evimizə gəlib dolanışığımızla da maraqlanmaq istəyib. Bir neçə gündən sonra eşitdik ki, kəndimizdə axşam məktəbi də açılıb, oradakı dərslərin çoxu atama etibar edilib. Bu balaları oxumaq eşqindən doymayan ailəyə bir qayğı, bir ehtiram, bir dəstək idi. Çünki atamın maaşı iki dəfə artmışdı.
Bu Zaman axarında o qədər də uzaq olmayan xatirələri fikrimdə çözələdikcə, bu qayğıkeşliyi, həssaslığı övladlarına yazdığı məktublarında da görürəm. İçindən gələn bu canıyananlılıqda səmimiyyəti, alicənablığı sezməmək olmur. Oğlu Əhlimana (o vaxtlar Moskvada təhsil alan, sonralar dünyaşöhrəti qazanmış həkim Əhliman Əmiraslanov - A.Ü.) yazdığı məktublardan bir neçə sətri oxucuların da nəzərinə yetirirəm: “Oğul, sən onu bil ki, çox məsul və vacib bir borc ödəyirsən, hər şey qətiyyətindən, çətinliyə dözməyindən asılıdır. Sən bilməlisən ki, Vətənə xidmət çox şərəfli və çətin işdir... İnsan iradəli olmalı və çətinliklərə üstün gəlməyi bacarmalıdır ...”, “Oğul, boş vaxt itirmə. Bədii kitablar oxu. Səbr və mətanətlə oxumaq lazımdır”, “Dərsə ac getməyin. Nadinc uşaqlara qoşulsanız, hər şey puç olacaq. Başqa təhlükələr də başqa təhlükələr də baş verə bilər. Siz təkcə oxuyun” və s.
Ata narahatçılığı, müəllim öyüdü. Məktublardakı bu sətirləri oxuya-oxuya Tapdıq müəllimin sinfimizə daxil olması, bir az çevik, dilli-dilavər görünən uşaqlara diqqətlə yanaşması, səliqəli, ağıllı təsir bağışlayan şagirdlərin saçlarını tumarlamağı gözümün önünə gəlir.
Erməni azğınlarını yerində oturtmaq onun gərgin ovqatına səbəb olurdu. Ermənilər “türk” deyə hər an qanlarını içməyə hazır olduqları bir xalqın qulluğunda onun necə fədakarlıqla, qeyrətlə dayandığını görüncə kəsilə-kəsilə qalırdılar. Ondan çəkinirdilər, zəhm edirdilər. Bu səbəbdən qabağına keçib söz deməyə cəsarətləri çatdırmırdı. Amma əlaltından öz işlərini görürdülər.
Onun öz dəstixəttilə yazdığı məktubları gözdən keçirirəm: “Oğul, unutma ki, xoşbəxtlik olan yerdə həmişə bədbəxtlik də olur... Çətinliyə döz. Bax, bu məktubu ürəyim ağrıyan zaman yazıram... Mənim işim o qədər də yaxşı deyil... Ürəyim ağrıyır. Bərk yorulmuşam... Bizim idarədə dedi- qodu var... Tez-tez xəstələnirəm... Yoxlamaya tez-tez mərkəzdən adamlar gəlir... Nə qədər dözülməz imkanda olsan da başladığın işi şərəflə yerinə yetirmək lazımdır...O şey ki, cətən naminədir, əsirgəmə... İnsan özü-özünə hesab verməlidir...” və s.
Beləcə, səmimi hisslərlə toxunmuş fikirlər, sözlər, əyilməz, dizçökməz vüqar qarşısında heyrətə gəlirsən. Bir anlıq da olsa şərəfli, ibrətamiz həyat məktəbi önündən keçirsən.
Tapdıq Əmiraslanov hər şeyə ona görə dözüb Azərbaycana köçmürdü ki, Basarkeçər camaatını bütövlükdə, başsız-yiyəsiz qoymağa qıymırdı, bu addımı atmağa ürəyi gəlmirdi, amma ürəyi də içəridən bu dözülməzliklərə dözə bilmirdi, ağrıyırdı, ovulurdu. Tapdıq müəllim Basarkeçər əhalisinin qayğısını, dərdini, problemlərini, narahatlıqlarını beləcə icində ağrıya-ağrıya cəkmiş, əvəzində bir el sevgisi qazanmışdır. Bir də vicdanı qarşısında saf, rahat olmuşdu. O illərdə orta məktəbi qurtarıb əla qiymətlərlə muxtəlif ali məktəblərə uşaqların bəlkə də hamısı ruşvətsiz, tanışsız-filansız (ən ağrılı yerimizdir!) daxil olurdular. Yuzlərlə gəncin parlaq, sevimli gələcəyinə ürəkdən yanan bu böyük pedaqoq, əvəzsiz vətənpərvər oğul yamanların hər an atdığı daşlara urəyini qabaq verirdi. Sevgi üçün, müqəddəs əməllər üçün yanan ürək nankorluğu, düşmən qəsd-qərəzliyini götürməz. Ağrıyar, ağrıyar və bir gun də susar ... .
Tapdıq Əmiraslanov yenə adəti uzrə xidməti iş dalınca getmişdi. Sürücüsü birdən onun halının pisləşdiyini görür və vaxtı itirmədən maşını rayon mərkəzindəki xəstəxanaya sürür.
Həkimlər əlüstü onu müayinə edirlər, ilkin yardım üçün bir iynə vururlar... və elə o, iynədən az sonra bir daha ayılmır. Ömür köçü 58 yaşında əbədiyyat dünyasına yol alır.
O vaxtdan 27 il otub. Atalarının arzularını övladları Əhliman, Zəfər, Vaqif elmi və əməli fəaliyyətləri, xeyirxah insani munasibətləri ilə həyata keciriblər. Ataları onların bu xalqa, torpağa hansı mövqedə calışmalarını istəyirdisə, onlar da elə o pilləni öz zəhmətləri, halallıqları ilə qazandılar. Oğlu Əhliman Əmiraslanov dünya tibb elminin zirvəsinəcən qalxıb, onun adı-sanı, şərəfi bizim hər birimizə baş ucalığı, fəxr-fəxarətdir. Təsadufi deyil ki, bu övladlara boy verib böyüdən, araya-ərsəyə gətirən ana Göycə elinin kərəm səxavətli, Koroğlu qeyrətli oğlu Səməd ağanın ocağında doğulub tərbiyə alıb.
Qədirbilən insanlar onu unutmur, xatirələrdən silmirlər. Şərəfli, namuslu işlərinin, xeyirxahlıqlarının əvəzi olan ürəklərdə yanan sevgilər onun susmuş ömrünün yaşıl yarpağıdır.
Bakı, 1998
Almaz Ülvi Binnətova,
Filologiya elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53

