Pirallahı rayonunda “Zəfər günü” təntənə ilə qeyd edildi
08.11.2024 [16:02]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən, “8 Noyabr - Zəfər Günü” ölkə ərazisində olduğu kimi, Pirallahı rayonunda da böyük təntənə ilə qeyd edildi. Noyabr ayının ilk günlərindən etibarən rayonun bayram əhval-ruhiyyəsində bəzədilməsi üçün müxtəlif hazırlıqlar görülmüş, Gürgən qəsəbəsinin girişində, Qala Divarlarının üzərində və mərkəzi yol boyunca dövlət bayraqları asılmış, Zəfərimizin rəmzi olan “Xarı bülbül” emblemi bilbordlarda nümayiş etdirilmişdir. Eyni zamanda, mərkəzi küçələrdə yerləşən binaların eyvanlarında da şanlı bayrağımız asılmışdır.
Həftə ərzində rayonun təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliği məqsədilə silsilə tədbirlər və idman yarışları təşkil edilmiş, Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir. Bu tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları iştirak edərək çıxışlar etmişlər.
8 noyabr 2024-cü il tarixində isə Zəfər gününün təntənəli surətdə qeyd olunması üçün Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, Pirallahı rayonundan seçilmiş millət vəkili, YAP Pirallahı rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin iştirakı ilə “Vətən uğrunda” abidə kompleksinin qarşısında gülqoyma mərasimi keçirilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Daha sonra rayon məktəbliləri tərəfindən hazırlanan “Qarabağ Sən Azadsan!” flaşmobuna baxış keçirilmişdir. Yüksək əhval-ruhiyyədə keçirilən flaşmobda vətənpərvərlik ruhunda şüarlar səsləndirilmişdir. Tədbirlər Gənclər Mərkəzinin birinci mərtəbəsində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilən “Zəfər Günü” mövzusuna həsr olunmuş 20 ədəd rəsm əsərindən ibarət sərgi ilə davam etmişdir. Sərgi maraqla qarşılanmışdır.
Daha sonra ümumrayon tədbirinin rəsmi hissəsi başlamışdır. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan mərasimdə RİH başçısı Vasif İmanov və millət vəkili Günay Əfəndiyeva çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqının şanlı Qələbəsi, 44 günlük Vətən müharibəsində əldə olunan zəfər, yalnız hərbi gücün və qətiyyətin deyil, həm də milli birliyin, əzmkarlığın və Vətənə sonsuz sevginin təntənəsidir. Bu zəfər xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin ən yüksək zirvəsidir və hər bir azərbaycanlı bu böyük qələbəni qürurla qeyd edir. Noyabrın 8-i tariximizdə əbədi olaraq qalacaq, çünki bu gün biz Azərbaycanın müstəqil və suveren dövlət olaraq qürurlu gələcəyinə əmin addımlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər, həm də ərazi bütövlüyümüzün bərpası, milli ləyaqətimizin və gücümüzün nümayişidir. Bu müharibə göstərdi ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarını müdafiə etməyə, azadlığa sahib çıxmağa hazırdır. Həmçinin, vurğulanmışdır ki, bu zəfər şəhidlərimizin və qazilərimizin verdiyi müqəddəs savşla, qanla - canla qazanılmışdır.
Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi baş tutmuşdur. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qalmışdır.
Sonda şəhid övladlarına hədiyyələr təqdim olundu və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, tədbir iştirakçıları, mədəniyyət xadimləri və uşaqlar birgə xatirə şəkli çəkdirdilər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

