Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

16.05.2025 [18:33]

Türkiyənin “Gənc MÜSİAD” təşkilatının Konya və Qaziantep şöbələrinə üzv olan gənc iş adamları Bakıda işgüzar səfərdədirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Gənc MÜSİAD Azərbaycan”ın və KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan və Türkiyənin gənc iş adamlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “Gənc MÜSİAD Azərbaycan” təşkilatının sədri Akif Başoğlu, təşkilatın Konya şöbəsinin sədri Asım Elliki və Qaziantep şöbəsinin sədri Furkan Bozkurt hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, ortaq biznes layihələri, startap ekosistemlərinin inkişafı, qarşılıqlı investisiya qoyuluşu imkanları, sahibkarlıq sahəsində təcrübə mübadiləsi və gələcəkdə birgə platformaların yaradılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Ölkəmizdə sahibkarlığa, xüsusilə də KOB-lara göstərilən dəstək, KOBİA-nın xidmətləri barədə agentlik tərəfindən təqdimat keçirilib, Türkiyənin iş adamlarının sualları cavablandırılıb, ölkəmizin biznes və investisiya mühiti barədə film nümayiş olunub.

Sonda tədbir iştirakçıları arasında “B2B” formatında ikitərəfli görüşlər təşkil edilib.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31