Nazirlik TIR sürücülərinin etirazına münasibət bildirib
17.02.2022 [13:31]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 TIR sürücüsünün bu gün etiraz əlaməti olaraq Bakının Heydər Əliyev prospektini bağlamasına, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətini (DANX) ittiham etməsinə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, ötən ilin iyun ayından DANX beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir. İcazələrin bölgüsündə daşıyıcıların özlərinin də iştirak edir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyasının saytında ictimailəşdirilir. Əvvəlllər mövcud olmuş mənfi hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar onlara ayrılan icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər. Blankların sayı məhdud olduğundan onların qabaqcadan real tələbatdan artıq alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, beynəlxalq daşımalar həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.
Bu istiqamətdə nazirlik Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edir, daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.
DANX-ın məsul əməkdaşlarının dəfələrlə qəbul edərək qanunvericilik barədə müvafiq izahatlar verməsinə baxmayaraq, R.Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub.
Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində R.Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət Nərimanov rayon Polis İdarəsinə müraciət edib və polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb, R.Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.
R.Cəfərov əvvəllər də bir sıra qanun pozuntularına yol verib. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi DANX-a ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə ona avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş edib.
Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən R.Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 1 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya ərazisinə keçib və orada yükü naməlum şəxslərə təhvil verib, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiyanın gömrük orqanları yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edib, onun işgüzar nüfuzuna xələl gətirilib.
Bu il R.Cəfərov DANX-dan müvafiq icazələr almayıb. O, xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğunu bildirdikdə icazəsiz bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə R.Cəfərov nəqliyyat vasitələrini şəhərin mərkəzi prospektinin 2-ci zolağında saxlayıb.
R.Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etidiriblər.
“İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

