Ələt Azad İqtisadi Zonasında vergilər yeni mexanizmlə tənzimlənəcək
27.05.2022 [12:57]
Ələt Azad İqtisadi Zonasında vergilər yeni mexanizmlə tənzimlənəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar. Bundan əlavə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaq. Bu da öz növbəsində əsas iqtisadiyyat subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaq. Qanun layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin gəlirindən vergitutma daxili qaydalarla müəyyən edilməsidir.
Azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə qanun layihəsində bir neçə dəyişikliklər edilib. Belə ki, azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcək. Azad zonada tətbiq edilən gömrük qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili zamanı, rəsmiləşdirməsinə və nişanlanmasına nəqliyyat vasitələri də əlavə olunur. Qanun layihəsi əsas iqtisadiyyat subyektləri üçün təminedici funksiyasını göstərəcək azad zona ərazisinin bir hissəsini zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin azad zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilməsini özündə birləşdirir. Bu da azad zona hüquqi şəxsləri ilə əsas iqtisadiyyat subyektləri arasında əməkdaşlıq və inteqrasiya səviyyəsinin artmasına imkan verəcək.
Qanun layihəsində azad zonanın fəaliyyətinin effektivliyinin artırılması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan digər dəyişikliklər isə aşağıdakılardır:
- azad zona rezidenti və əsas iqtisadiyyatın vergi ödəyicisi anlayışının dəqiqləşdirilməsi;
- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin azad zonada tətbiq edilməsi;
- azad zona səlahiyyətli qurumunun fəaliyyətinin effektivliyinin artırılmasının təmin edilməsi üçün öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqlarının əlavə edilməsi;
- azad zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiqi nəzərdə tutan yeni maddənin əlavə olunması;
- azad zonaya investisiya qoymaq və azad zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsinin dəqiqləşdirilməsi və yalnız azad zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün bu hüququn saxlanılması.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

