Rusiyada qadınlar niyə hərbi xidmətə çağırılır?
21.06.2022 [10:33]
N.BAYRAMLI
Rusiyada qadınlara müqavilə əsasında hərbi xidmətə getmək təklif olunur. Belə ki, bu barədə müvafiq elan Severodvinsk administrasiyasının rəsmi saytında yerləşdirilib. Rusiya mediasında yayılan məlumatlarda bildirilir ki, yerli hərbi komissarlıqlar kişilərlə yanaşı, qadınları da hərbi xidmətə dəvət edirlər. Namizədlərə 18-40 arası olmaqla yaş tələbi qoyulub. Həmçinin orduda xidmət etmək arzusunda olan qadınlara daha yüksək maaş vəd edilib.
Rusiyada belə bir qərarın verilməsinə səbəb nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, dünyanın bir sıra ölkələrinin ordularında qadınlar müqavilə əsasında xidmətə götürülür. Onun sözlərinə görə, ali hərbi təhsili olan peşəkar hərbçi qadınlar da var: “Məsələn, İsraildə qadınlar kişilərlə bərabər silahlı qüvvələrdə xidmət edir. Müsəlman ölkələrində isə orduda kişilər xidmət göstərir. Azərbaycanın Silahlı Qüvvələrində də xanımlar mülki işlərdə çalışırlar. Bəzən müddətdən artıq xidmətdə olan qadınlar gizir rütbəsində müxtəlif vəzifələrdə, o cümlədən hərbi tibb personalında çalışırlar. Qadınların orduda xidmət etməsinin müsbət tərəfləri də var. Buna nümunə olaraq əsgər yeməklərinin qadınlar tərəfindən bişirilməsini göstərmək olar. Bizim ordumuzda bu işlərə xanımlar cəlb edilib. Rusiyaya gəlincə, qadınların hərbi xidmətə dəvət olunması bir çox mütəxəssislər tərəfindən Ukraynadakı müharibə ilə əsaslandırılır. Doğrudur, bu gün Rusiya Ukraynada böyük problemlər yaşayır, amma qadınları xidmətə çağırıb döyüşə göndərmək real deyil. Çünki hər kəsin hərbi təlim keçərək döyüşə hazırlaşması üçün xeyli zaman tələb olunur. Bu baxımdan, Rusiyanın ehtiyatda olan milyonlarla insan resursu var”.
Hərbi ekspert qeyd edib ki, Rusiya ehtiyatda olan resursunu istənilən vaxt səfərbərlik elan edərək orduya cəlb edə bilər: “Amma görünür, bu müharibə hansısa formada təsir edib ki, Rusiyada qadınların da orduya cəlb olunmasına və onların imkanlarından istifadə edilməsinə ehtiyac duyulur. Məsələn, qadınlardan snayperçi kimi istifadə oluna bilər. Həmişə belə bir fikir olub ki, qadınlar bu silahdan daha yaxşı istifadə edir. Yaxud da hərbi qərargahlarda işləyə bilərlər. Keçmiş sovet ordusunda da qadınlar bu və ya digər formada xidmət ediblər. Yəqin, hazırda Rusiya həmin ənənədən daha geniş formada istifadə etmək istəyir”.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

