Quru sərhədləri niyə açılmır?
21.06.2022 [10:53]
MÜBARİZ
Yeni növ koronavirus pandemiyasının həyatımıza gətirdiyi çətinliklərdən biri də ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması ilə bağlıdır. Pandemiyadan əvvəl insanlar quru, su və hava məkanlarından istifadə etməklə yaxın və uzaq ölkələrə maneəsiz şəkildə səfərlərə gedirdilər. Çağırılmamış qonaq sayılan pandemiya bu sərbəstliyi əlimizdən aldı.
Bağlı qalan sərhədlərin o tayı...
Yeni növ koronavirusa ilk yoluxma faktının 2020-ci il fevralın son ongünlüyündə qeydə alındığı Azərbaycan da pandemiyaya qarşı sərt mübarizə tədbirləri çərçivəsində sərhədləri boyunca gediş-gəlişə nəzarəti gücləndirdi. O cümlədən 2020-ci ilin mart ayından etibarən quru sərhədlərimiz bağlandı. Artıq quru sərhədlərinin bağlanmasından iki ildən artıq vaxt keçib.
Son vaxtlarda dünya üzrə pandemiyanın əhəmiyyətli dərəcədə səngidiyi müşahidə edilir. Azərbaycan da yeni növ koronavirusa qarşı mübarizədə səmərəliliyə nail olan ölkələr sırasında yer alır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı nümunəvi qaydada mübarizə aparan ölkə kimi dəyərləndirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, son günlərdə respublikamızda yeni növ koronavirusa yoluxanların sayı 15-25 nəfər civarında dəyişir, ölüm sayı isə sıfıra enib.
Belə müsbət mənzərə nəzərə alınmaqla karantin rejimində ciddi yumşalmalar edilib. Ölkənin quru sərhədlərinin açılması ilə bağlı qərar isə verilmir. Quru sərhədlərinin bağlı qalması müddəti hər dəfə qeyri-müəyyən vaxtadək uzadılır və sərhədlərin o tayı bizim üçün bir sehrli dünya kimi qalır.
Cəmiyyətin sosial istəyi
Hazırda cəmiyyətdə, KİV-də quru sərhədlərinin açılmaması ilə bağlı ciddi müzakirələr aparılır. Quru sərhədlərinin açılması cəmiyyətin sosial sifarişinə çevrilib, desək, əsil həqiqəti ifadə etmiş olarıq. İnsanlar sual edirlər: Dünya üzrə pandemiyanın pik mərhələsi arxada qalıbsa, qonşu dövlətlər sərbəst gediş-gəlişi təmin edirlərsə, bəs bizdə niyə sərhədlər açılmır? İnsanların sərhədlərin bağlı qalması səbəbindən narahatlıq keçirmələri heç də əbəs deyil. Çoxlu sayda vətəndaşımız müxtəlif səbəblərə görə xarici ölkələrə getməyi və yaxud xarici dövlətlərdən geri qayıtmağı artıq iki ildən çoxdur ki, gözləyirlər. Pandemiyanın pik mərhələsində sərhədlərin bağlı qalması anlayışla qarşılanırdı. Xəstəliyin səngidiyi, yoluxma sayının azaldığı indiki mərhələdə isə quru sərhədlərinin bağlı qalması suallar yaradır. Bir qədər bundan əvvəl hökumətin verdiyi açıqlama Dağıstanda sərhəddə qalan soydaşlarımızın ağır durumu barədə konkret təsəvvür yaratdı. Yalnız müvafiq qurumların müdaxiləsindən sonra vəziyyəti sabitləşdirmək mümkün oldu. Ancaq heç bir təminat yoxdur ki, belə hallar yenidən təkrarlanmayacaq.
İndiki halda quru sərhədlərini keçmək üçün Xarici İşlər Nazirliyindən icazə tələb olunur. Ancaq icazəni almaq elə də asan deyil. Əvvəla, bu istəkdə olanların sayı kifayət qədər çox olduğuna görə XİN-in müvafiq idarəsinin qarşısında saatlarla növbə gözləmək lazım gəlir. Müvafiq icazəni alanların bildirdiklərinə görə, bundan ötrü hətta bir neçə gün vaxt itirməli olursan. Əslən Gürcüstan Respublikasından olan bir vətəndaş bizimlə söhbətində bildirdi: “Dünyanın əksər ölkələrində quru sərhədləri açılıb. Bəs biz niyə qohumlarımızın yaşadıqları Gürcüstana gedib-gələ bilməyək? Orada bizim xəstələrimiz var, baş çəkə bilmirik. Hətta elə hallar olub ki, dəfn mərasimlərinə də gedə bilməmişik. Nə üçün quru sərhədləri açılmır, hava məkanı ilə gediş-gəlişə isə icazə verilir? Axı təyyarə ilə uçmağa hamının imkanı çatmır - qiymətlər bahadır. Digər tərəfdən, bilet tapmaq da çətinləşib. Belə vəziyyət nə vaxtadək davam edəcək? “
İqtisadiyyat üçün mənfi təsirlər
İndiki halda quru sərhədlərinin bağlı qalması yalnız hava məkanı ilə daşıma fəaliyyəti ilə məşğul olan qurumlar üçün faydalıdır. Bunun iqtisadiyyata mənfi təsirləri isə daha böyükdür. “Mənim hesablamama görə, 1 milyon insan quru sərhədlərini keçərək kiçik ticarətlə məşğul olurdu və ailəsini dolandırırdı. Görün, indi bu qədər insan gəlirdən məhrum qalıb. Bu, dövlətin üzərinə yük kimi düşür”. Bu fikirləri millət vəkili Razi Nurullayev ifadə edib. Onun sözlərinə görə, belə nüanslar nəzərə alınmaqla quru sərhədləri açılmalıdır.
Milli Məclisin deputatı Vüqar Bayramov da “Yeni Azərbaycan”a açıqlamasında ölkənin quru sərhədlərinin açılmasının zəruriliyini vurğulayıb. Millət vəkilinin sözlərinə görə, turizm neftdən sonra Azərbaycan iqtisadiyyatının ən gəlirli istiqamətidir. O xatırladıb ki, pandemiyadan öncə ölkəmizin illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. “Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, turizm sektorunun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar, eyni zamanda, quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektorun inkişafına müsbət təsir göstərə bilər”, - deyə Vüqar Bayramov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

