Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və İran birgə enerji layihələrinin icrasını müzakirə edib

Azərbaycan və İran birgə enerji layihələrinin icrasını müzakirə edib

06.07.2022 [14:21]

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında geniş tərkibli görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında ortaq tarixi və dost münasibətlərin inkişafına dövlət başçıları tərəfindən xüsusi önəm verildiyi qeyd edilib.

Bu yaxınlarda Azərbaycan və İran prezidentlərinin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində keçirilmiş görüşünün gələcək əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.

Bir çox sahələrdə olduğu kimi ikitərəfli enerji əməkdaşlığı ilə bağlı da qarşıya mühüm vəzifələrin qoyulduğu və bu görüşün birgə həyata keçirilən enerji layihələrinin inkişafına töhfə verəcəyi bildirilib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edilib. Hidroqovşaqlar və su elektrik stansiyaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb və inşa prosesinin tezliklə yekunlaşdırılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağı bildirilib.

Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30