Tarixin ən böyük və izdihamlı mitinqi!
06.08.2022 [11:25]
“Demokratiya və Şəhidlər Mitinqi”ndən 6 il ötür...
Yeganə BAYRAMOVA
2016-cı ilin 15 iyulunda Türkiyə bütün dini-siyasi inanc və təbəqəsindən asılı olmayaraq, dövlət çevrilişinə cəhdi dəf edə bildi. FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi hadisədən 6 il ötüb. Həmin gecədə inqilabçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər. F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.
Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələrə axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı. İnqilabçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş etməsi nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 inqilabçı ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi. Səhər saatlarında isə FETÖ terrorçuları təslim olmuş və xalq dirənişi zəfər qazanmışdı.
Ölkə iqtidarı və müxalifəti Türkiyənin İstanbul şəhərində - “Yenikapı”da iyulun 15-i hərbi çevrilişə cəhd zamanı həlak olanları anmaq və demokratiyaya dəstək vermək üçün mitinq keçirdilər. Avqustun 7-də baş tutan mitinq Türkiyədə son illərin görünməmiş hadisəsi idi. Baş verən çevriliş cəhdinə etiraz olaraq 15 iyuldan meydanlardan, küçələrdən çəkilməyən Türkiyə xalqının qatıldığı mitinq böyük coşquyla başlamışdı. “Yenikapı” meydanına 4 milyona yaxın insan yığışmışdı. Həmin izdihamlı mitinq başlamadan öncə prezident Rəcəb Tayyib Ərdoğan helikopterlə meydana gəlib, xalqla görüşmüşdü.
Mitinq dünya mediasında
Milyonlarla insanın iştirak etdiyi “Demokratiya və Şəhidlər Mitinqi” dünya mətbuatında geniş əks olunub. İngilis yayım quruluşu BBC İstanbulun “Yenikapı” meydanında keçirilən mitinqi oxucularına “Türkiyədə çevriliş əleyhinə nəhəng nümayiş” başlığı ilə çatdırıb.
“Reuters” “Yüz minlərlə türk uğursuz çevriliş cəhdini lənətləmək üçün toplaşır” başlığı ilə mitinqi işıqlandırıb. Agentliyin xəbərində bir vətəndaşın, “Buradayıq çünki bayraqlar enməyəcək, azanlarımız susmayacaq, ölkəmiz bölünməyəcək” ifadələrini çatdırıb.
Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul gecəsi çevrilişə cəhdindən sonra Türkiyə əleyhinə bəzi xəbərlər çatdıran İtaliya mətbuatı da “Demokratiya və Şəhidlər Mitinqi”nə böyük maraq göstərib. Mitinq xəbərini “Corriere della Sera” “İnsan seli” başlığı ilə çatdırıb.
“La Repubblica” “İstanbulda Ərdoğan ilə birlikdə insan seli”, “Le Figaro” “İstanbuldakı izdihamlı mitinq başladı” başlıqları altında işıqlandırıblar. Xəbərdə milyonlarla insanın çevriliş cəhdinə qarşı bir araya gələrək reaksiyalarını dilə gətirdiyi vurğulanıb. “France 24” xəbər kanalı da “Yüzminlərlə Türk Ərdoğanı dəstəkləmək üçün İstanbulda” başlığı ilə çatdırdığı xəbərdə Türk xalqının dövlət başçısı Ərdoğanın birlik çağırışı ilə çevriliş cəhdinə reaksiya göstərmək üçün bir araya gəldiyini qeyd edib. Xəbərdə mitinqə Ərdoğan tərəfdarları ilə yanaşı, müxalifət partiyalarının da kütlələr halında qatıldığı vurğulanıb.
Xatırladaq ki, “Yenikapı”da keçirilən “Demokratiya və Şəhidlər Mitinqi”ndə Azərbaycan bayrağı da dalğalandırılmışdı.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

