Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lerikdə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Lerikdə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

04.09.2022 [17:32]

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. 

APA-ya TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir. 

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. 

DİN Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31