Bakı bonları necə yarandı?
22.09.2022 [10:51]
Nicat PAŞA
Düz 104 il əvvəl - 1918-ci ilin 22 sentyabrında Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək dövriyyədə bir neçə pul vahidi - çar dövründən qalan rubl (“Nikolay rublu”), Rusiyanın “Müvəqqəti Hökuməti” tərəfindən buraxılmış rubl (“Kerenski rublu”), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən buraxılan bonlar, eləcə də türk lirəsi işlənilirdi. 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinasların üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Azerbaydjanskaya Respublika” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
Məlumat üçün bildirək ki, bon-pul nişanları, alıcılıq və ödəmə vasitəsı kimi istifadə olunanan qısamüddətli borc öhdəliyidir. İlk dəfə 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, sonra isə müstəqil Cənubi Qafqaz respublikası arasında razılaşma əsasında buraxılıb. 1918-ci ilin yazında Bakı şəhər özünüidarə orqanı və şəhər təsərrüfatı şurasında da bonlar buraxılıb.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Azərbaycan manatı ilk vaxtlarda türk lirəsinə 20:1 nisbətdə dövriyyəyə buraxılmışdı. Lakin manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı.
Sonradan SSRİ-nin tərkibinə qatılan Azərbaycanda manat dövriyyədən çıxarıldı. Nəhayət, Azərbaycan müstəqilliyini qazandıqdan sonra 1992-ci il iyulun 15-də manatın yenidən dövriyyəyə buraxılması barədə qərar verildi. Bundan sonra manata keçid üçün hazırlıq işləri görüldü və 1992-ci il avqustun 15-də manat dövriyyəyə buraxıldı. Milli valyutaya keçid prosesi 1992-ci ilin sonunadək davam etdi və bu müddətdə manatla yanaşı, köhnə sovet rublu da dövriyyədə olub.
Müstəqillik əldə etdikdən sonra ilk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
Manatın dövriyyəyə buraxılması 1992-93-cü illəri əhatə edir. Belə ki, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub.
Hazırda dövriyyədə olan əsginasların hər biri öz xüsusiyyətləri ilə seçilir. Fərqli mövzulara həsr olunan bu əsginasların hər birinin fərdi mühafizə elementləri mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

