Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda oğul atasının obyektini yandırıb

Sumqayıtda oğul atasının obyektini yandırıb

10.10.2022 [16:45]

Sumqayıtda oğul atasının obyektini qəsdən yandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 9-u gecə saatlarında şəhərin Qurd dərəsi yaşayış massivinin ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Doluxanov Elman Museyib oğluna məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Doluxanov Elman Museyib oğlu ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib. Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı öz təsdiqini tapıb.

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31