/ / Ermənistanın uşaqları silahlı qruplara cəlb etməsi ilə bağlı Azərbaycan XİN-in hesabatı BMT-nin sənədi kimi yayılıb
Ermənistanın uşaqları silahlı qruplara cəlb etməsi ilə bağlı Azərbaycan XİN-in hesabatı BMT-nin sənədi kimi yayılıb
15.02.2023 [10:00]
Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və mili nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub.
Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və video-materiallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında öz əksini tapmış faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır, etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilir.
Sənəddə Ermənistanın post-münaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır.
Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli Ermənistanın öz ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar vasitəsilə irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarından irəli gələn öhdəliyinə əməl etmədiyinin bariz nümunəsi olduğu vurğulanıb.
Sənəddə beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb olunması, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.
BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış hesabat ilə bu keçid vasitəsilə tanış olmaq olar.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

