Gözlərdəki dəhşət...
15.02.2023 [10:39]
Xəbər verilir ki, zəlzələdən zərər çəkən azərbaycanlıların bir qismi artıq Türkiyədən ölkəmizə gətirilib. Gözlərimizdə kədər qarışıq sevinc göz yaşları ilə onların görüşünə gedirik. Bilirik ki, bu günlərdə dəstəyimizə həmişəkindən bir az da çox ehtiyacları var. Hələ Pediatriya İnstitutunun qapısından içəri keçəndə düşünürük ki, indi necə xoşbəxtdirlər...
Tanrı onlara bu həyatda qalmaq üçün daha bir şans verdi. Onlar ikinci şansı əldə edə bilənlərdəndir. Onlar faciədə “bəxti gətirənlər”dəndir. Bu günlərdə istər sosial şəbəkələrdə, istərsə də televiziyada alın yazısının qəddar üzünə tuş gələnləri hədsiz çox izləyirik. Bu mənada həmyerlilərimizin qurtuluşu bizi çox sevindirir. Onların da sevinc hissləri keçirdiyini düşünür, amma yanılırmışıq. Həmvətənlərimizin yerləşdiyi otaqdan çoxlu səs-küy eşidilir. Məsələnin hansısa vacib hissəsini qaçırmamaq üçün addımlarımı iti atıram...
Möcüzə insanlar qarşımızda sağ-salamat dayanıb. Sağ-salamat... Bu sözü öz-özümə düz 10 dəfə təkrarlayıram. Son günlərdə bu cür ifadə eşitmək müşkülə çevrilib. İndi onların cisimləri salamatdır, bəs ruhları? Bu böyük faciəni yaddaşlarından silə biləcəklərmi? Əlbəttə yox, təkcə gözlərinin içinə baxmaq dərinlərdəki dəhşəti görməyə kifayətdir. Onların hər birində başqa bir hekayə gizlənir. Qorxu izlərindən qırışan gözlər öz yaxınlarını, əzizlərini diri-diri dağıntılar altına dəfn edib. Onların kilometrlərlə uzaqda düşündükləri tək məqam budur. Geridə qalıb, zəlzələ qurbanına çevrilənlərin aqibəti necə olacaq?..
Elə bizi də bu düşündürür. Günlər sonra uçqun evlərin altından burnu qanamadan çıxan uşaqları görəndə sevincək olsaq da, göz yaşlarımızı tutmağı bacarmırıq. Bilmirik sevinək, yoxsa ağlayaq. Belə bir təzadlı zamanda yan tərəfimdə uzanıb eləcə tavanı izləyən qızcığaz diqqətimi çəkir. Yorğunluqdan qıyılan mavi gözlərinə baxdıqca dağıntılar altında indi öz xilasedicisini gözləyən, gözlərini mavi səmaya dikən körpələri görürəm sanki. Bir anda bu günə qədər gördüyüm bütün kadrlar gözümün önünə gəlir. Film kimi beynimdə cərəyan edən düşüncələr o qədər sürətlənir ki, bir an ayaqda dayana bilməyəcəyimi düşünürəm. İnsan bu situasiyada bilmir ki, nədən danışsın, kimin dərdinə şərik olsun. 10 minlərlə ailələrin həlak olmasından danışım, yoxsa bütün ailə üzvlərini itirib qoca dünyada təkbaşına qalan Məhəmməddənmi danışım?! Bilmirəm. Açığı bu söz heç vaxt bu qədər real olmamışdı. Çünki fiziki olaraq güclü dayansaq da, bəzən nə edəcəyimizi, ya da nə etməli olduğumuzu çözə bilmirik. Qəribə hisslərdir. Sanki bu insanların hər biri hadisələri öz ruhlarında daşıyırlar. Tək yolumuz var, o da bir-birimizə sarılıb, yaralarımızı bərabər sarımaq, bu dəhşətlərin öhdəsindən bərabər gəlməkdir...
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

