Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AZƏRTAC xüsusi müxbirlərin fəaliyyətinə yenidən baxacaq

AZƏRTAC xüsusi müxbirlərin fəaliyyətinə yenidən baxacaq

27.02.2023 [17:42]

AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir. 

Bu barədə AZƏRTAC-ın açıqlamasında bildirilir.

Açıqlamada deyilir:

“2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, A.Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Qeyd edək ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır. Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir.”

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31