Brend, yoxsa “fake”
02.03.2023 [11:32]
Yerli geyimlərə maraq niyə azdır?
İstehsal var, amma..
Azərbaycanda bir çox tanınmış geyim mağazaları mövcuddur. Hətta mağazalarda yerli geyim markalarından daha çox müxtəlif ölkələrin məşhur geyim brendləri yer alıb. Məlumdur ki, ölkəmizdə müxtəlif geyim fabrikləri və sexləri fəaliyyət göstərir. Adətən yerli sexlərdə tikilən geyimlər bazara “Made in Azerbaijan” et?keti ilə deyil, başqa ölkələrin istehsalı kimi çıxarılır. Səbəb isə Azərbaycan istehlakçısının məhsul seçimində brend amilinə daha çox önəm verməsidir. Alıcılar ölkədə fəaliyyət göstərən fabriklərin keyfiyyətsiz məhsullar istehsal etdiyinə dair köhnəlmiş düşüncələrdən çıxa bilmirlər.
Əslində burada psixoloji məqamlar da var. Vətəndaşların böyük əksəriyyəti yerli geyimlərin keyfiyyətinə etibar etmir. Türkiyə, Amerika istehsalı olan geyimlərə üstünlük verənlərə isə bu geyimlərin necə, hansı şəraitdə və harada hazırlandığı bəlli deyil. Alıcılar yerli geyimlərə etibar etmədiklərinin bir səbəbini də paltar üzərindəki etiketdə məlumatların olmaması ilə əsaslandırırlar. Onlar etiketdə geyimin neçə faiz pambıq və yaxud sintetik olması, həmçinin allergik insanlara təsiri ilə bağlı yazılara önəm verdiklərini söyləyirlər.
Brend nədir?
Brend bir müəssisənin mal və ya xidmətlərini fərqləndirməyə çalışan marketoloji termindir. Hər hansı şirkətin və ya məhsulun özünəməxsusluğu onun brendə çevrilməsinə yardımçı olur. Brend keyfiyyətdə, qiymətdə və komfortda unikal olmalıdır. Şirkətin və ya məhsulun brendi onun adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.
Yerli brendlər
Azərbaycanda məşhur geyim markası olaraq öz sözünü demiş brendlər var. Məsələn, geyim sənayesində “Emiland”, “Gülnarə Xəlilova Moda Evi”, “Maleone” və.s kimi brendlər fərqlənirlər. Müxtəlif ölkələrin brendləri Azərbaycanda “su” kimi satıldığı halda, bizim yerli brendlərimiz dünyaya niyə çıxa bilmir. Axı bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.
Yerli geyimlər barədə məlumat azdır
Marketoloq Bəylər Əlizadə “Yeni Azərbaycan”a açıqlamasında yerli geyim brendlərinə marağın az olma səbəblərini alıcıların yerli istehsal olan geyimlər barədə məlumatsızlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, bu məlumatsızlıq insanların daha məhşur markalara üz tutmasına səbəb olur: “Haqqında bol məlumat olmayan hansısa məhsulun keyfiyyətinə güvənilmir. Burada əsas məsələ reklamdır. Yəni, görülən iş mütləq tanıdılmalı, onun haqqında çoxlu məlumat yayılmalıdır. Bizdə isə bu məsələ bir qədər axsayır. Şəxsən mən geyim sektorunda işləyərkən fabrikləri çox çətinliklə tapırdım”.
Tələbatı formalaşdıran rəqabət...
Marketoloqun sözlərinə görə, yerli geyimlərə tələbatın az olmasına səbəb olan digər faktor rəqabətin olmamasıdır: “Hansı sektorda ki rəqabət yoxdur, həmin sahədə irəliləyişdən söhbət gedə bilməz. Azərbaycanda tikiş fabrikləri yetəri qədər olsa da, onlar öz aralarında ciddi rəqabət etmədikləri üçün keyfiyyətli olduqları halda belə yerli istehsalımızı tanıda bilmirik. Müştərilərin yerli məhsullara güvənməsi üçün həmin markaların illər ərzində tanınması lazımdır. Bəzi hallarda məşhur markalardan şikayət olsa da, insanlar yenə gedib həmin brendlərdən geyimlər alırlar, bu, onların əvvəlki düşüncələrinə təsir etmir, çünki vaxtilə tanıyıb aldıqları məhsulla bir də qarşılaşacaqlarına ümid edirlər”.
Yerli brendləri dəstəkləməliyik
“Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, günümüzdə yetərincə tekstil malları istehsal olunur və hər birinin müxtəlif etiketləri var: “Azərbaycanda tikilən geyimlərin üzərinə xarici etiket vurularaq başqa ölkənin adı ilə satılır. Təəssüflər olsun ki, Azərbaycanda tekstil sahəsində brend yoxdur. Yerli brendlərimiz də var, lakin bu brendlərdən çox xarici brendlərin patentləşmiş malları alıcıya təqdim olunur. Azərbaycanda yerli brendlərimizin yaranmasını dəstəkləmək lazımdır. Daxili İşlər Nazirliyi bu yaxınlarda brend dükanlar şəbəkəsinin birini ifşa etdi. Məlum oldu ki, orada saxta etiketlərlə mallar satışa çıxarılıb”.
Yüngül sənaye müəssisələri inkişaf etdirilməlidir
Tanıdığımız tikiş evlərində vəziyyət necədir? Onları? istehsalı “sex malları”ndan fərqlənirmi? Təbii ki, bu sorğumuza sex sahibləri “heç də fərqlənmir” cavabını verəcək. Amma əksər hallarda fərqlilik göz önündə olur. “Bakı Tikiş Evi”nin nümayəndələri isə ayrı fikirdədirlər.
“Bakı Tikiş Evi”nin (BTE) satış üzrə müdiri Etibar Əzimovun sözlərinə görə, ölkəmizdə vaxtilə yüngül sənaye yaxşı inkişaf etmişdi. İndi yüngül sənaye müəssisələrindən işlək olanları çox azdır: “BTE əsasən hərbi geyimləri satır. Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin formaları burada tikilir. İstehsal etdiyimiz geyimlər yalnız xüsusi formalardır. Eyni zamanda, BTE məktəbli formalarını da istehsal edir.
Tikdiyimiz geyimlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib. Eyni zamanda, bizə “BTE” müəlliflik hüququ verilib”.
Onun sözlərinə görə, sexlərdə tikilən malların üzərinə BTE etiketi vurulduğunun dəfələrlə şahidi olublar. E.Əzimov məhsulları fərqləndirən cəhətlərdən birinin də parça tərkibi olduğunu bildirib. Belə ki, BTE-də tikilən mallar əsasən 100 faiz tərkibi pambıq parçadan hazırlanır.
Xarici markaların geyimlərinin digər üstünlükləri üzərindəki etiketdə məhsula aid hərtərəfli məlumatın olmasıdır. Etiketi oxumaq kifayət edir ki, alıcı məhsulla bağlı bütün məlumatları əldə etsin. Məsələn, paltarın tikilməsində neçə faiz pambıqdan və sintetikadan istifadə olunub, allergik insanlara mənfi təsirləri varmı və ya neçə dərəcədə yuyulma üçün münasibdir. Ölkəmizdə istehsal olunan malların etiketlərində isə yalnız istehsal yeri və bədən ölçüsü qeyd olunur. Yerli geyimlərimizə marağın az olmasına əsas səbəblərdən biri də elə budur.
Yeganə BAYRAMOVA
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

