Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İndoneziyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

07.03.2023 [09:22]

İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsində ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.

"TRT Haber” xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri məlumat yayıb. 

Bildirilir ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və kənddəki evlər sürüşmə zamanı torpaq qalaqlarının altında qalıb.

Axtarış-xilasetmə işləri zamanı 15 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıblar.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirir.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31