Leyla Əliyeva Ulu Öndərin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib
05.05.2023 [22:07]
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib.
Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.
Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb.
Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.
Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

