11-ci sonuncu olmayacaq
13.05.2023 [18:15]
Avropa Komissiyasında təsdiqlənən Rusiyaya qarşı 11-ci sanksiyalar paketi hazırda Aİ ölkələrinin müzakirəsindədir. Rusiyaya qarşı yeni sanksiyalar paketinin bütün detalları tam açıqlanmasa da, bəzi məqamlar mətbuata sızdırılıb. “Bloomberq”-in məlumatına görə, yeni qadağalar malların Rusiya ərazisindən tranzitini əhatə edə bilər. Agentlik əminliklə yazır ki, sanksiyalar İranın, Çinin, Ermənistanın və bəzi digər ölkələrin 35 şirkətini əhatə edəcək. Bundan başqa, Rusiyanın hələlik adları və vətəndaşlığı açıqlanmayan 70-ə yaxın fiziki şəxsi də “qara siyahı”da yer alacaq. Rusiyanın informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərinin, bəzi KİV-in adlarının da yeni sanksiyalar paketinə salındığı bildirilir.
Bununla belə, Avropa Komissiyasının hazırlayıb təsdiqlədiyi 11-ci sanksiyalar paketinə münasibət qoca qitənin özündə də birmənalı deyil. Ayrı-ayrı ölkələr yeni sanksiyalar paketi ilə bağlı narazılıqlarını ifadə ediblər və Avropa Komissiyasını Rusiyaya qarşı daha sərt sanksiyalar paketi hazırlamamaqda günahlandırıblar. Məsələn, Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketini “genişəhatəli adlandırmaq mümkün deyil”. “Etiraf etmək lazımdır ki, bu, böyük paket olmayacaq. Mahiyyət etibarı ilə sənədə yeni müəssisələrin və sahələrin adları daxil edilməyib, halbuki, biz bunu təklif etmişdik”, - deyə nazir vurğulayıb. Qabrielyus Landsberqis bütün bunları “ümumi razılığa gəlinməməsi” kimi dəyərləndirib.
Avropa Komissiyasının təklif etdiyi yeni sanksiyalar paketi barədə Almaniyanın kansleri Olaf Şolts da danışıb. O bildirib ki, Avropa Komissiyasının Rusiyaya qarşı hazırladığı 11-ci sanksiyalar paketi sonuncu olmayacaq. “Biz sanksiya tədbirlərinin gələcəkdə daha səmərəli olması üzərində işləyirik. Bu, daimi işdir”, - deyə Almaniyanın kansleri mətbuat konfransında bildirib.
Mübariz
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

