Tofiq Yaqublunun “ekspertliyi”...
10.06.2023 [10:20]
Və ya radikal müxalifət o günə qalıb ki...
“Radikal” yarlığının arxasında gizlənməklə bir sıra imtiyazlar qazanacağını düşünən anti-azərbaycançı ünsürlərin davranışları, məntiqi və fəaliyyət mexanizmi illərdir ki, dəyişmir. Eyni trayektoriya üzrə dövrə vuran bu azlığın da coğrafi terminlə desək, “qabarma” və “çəkilmə” dövrləri müşahidə edilir. Xaricdən hansısa antimilli mərkəzin “qrant müsabiqəsi” elan etdiyini duyan, hiss edən kimi və ya bundan qabaq aldıqları ianələr bitən kimi radikallar internet kanallarında boy göstərməyə - “qabarmağa” başlayırlar. Ən maraqlısı isə odur ki, bu “proses”də əsas “rol” alan - özünü döydürən, söydürən, süni qarşıdurmalar yaratmaq üçün baş yardıran, üz cırdıran ünvanlar, adlar, fərdlər dəyişmir. Yeni dönəmdə isə bunu internet kanallarına transfarmasiya ilə də izah etmək mümkündür. Məsələn, ölkəmizə qarşı olan xarici qüvvələrin dəstəyi sayəsində radikal müxalifətin açdığı internet kanallarında “ekspert” kimi təmsil olunan fərdlər illərdir ki, dəyişmir - eyni simalar, daha doğrusu cəmisi 2-3 “tanış üz”dən ibarət “ekspert dəstəsi” bu kanaldan o biri kanala hazır “qlobal tezisləri” danışır. Əli Kərimli, Gültəkin Hacıyeva, Cəmil Həsənli kimi simalar radikal internet kanallarının “ulduzları” və “monopolistləri” sayılırlar. Təbii ki, bu halın özünün də alt-qatında qaranlıq məqsədlər yatır: bu, əldə olunan qrantın, “gəlirin dağıdılmaması” üçün hazırlanmış mexanizmdir. Həm də radikal müxalifət bu yolla pul aldıqları mənbələrə onlara kimlərin daha “yaxşı”, “effektiv” xidmət etdiklərini göstərməyə çalışırlar. Amma, deyəsən, onların bu məsələdə də işləri “əngələ” düşüb.
Cəmil Həsənlinin təmsil etdiyi kəsimi “özünə umac ova bilməyənlər” adlandırması onun biznes şəriklərini “rəncidə” salıb. Bunun nəticəsidir ki, ermənipərəst Fransada oturaraq sifarişli hədyanlar danışan Qənimət Zahidin “efiri”nin qonağı “yenilənib” - buna yenilik də demək olmaz, hər bir halda müxalifət artıq Tofiq Yaqublunun “şərhlərinə” möhtac qalıb. İllərdir ki, onunla eyni yolu “yeriyənlər” heç vaxt Tofiq Yaqublunu efir adamı kimi xarakterizə etməyiblər - Yaqublu “qrant ovçuları”nın işinə daha çox süni qarşıdurmalar yaratmaqda, yaxa cırmaqda, üz şaqqalamaqda, qanunları pozub “15 sutkalığa” düşməkdə, kameralara haray-həşir salmaqda yarayıb. Onun “məhşur” iki gözü “qaralmış” süni şəkili hər kəsə məlumdur - hətta tibb mütəxəssisləri belə Yaqublunun “peşəkar vizajist” tərəfindən “bəzədildiyini” bildirirlər. İndiki halda isə, radikal müxalifət, Əli Kərimlinin başçılıq etdiyi “qrant mafiyası” Yaqublunu zorla “yeni ekspert” kimi “maliyyə mənbələri”nə sırımağa çalışırlar. Onun təqdimatı da maraqlıdır - bu şəxs rəsmi olaraq Müsavat Partiyasının üzvüdür. Amma Əli Kərimlinin kurasiyasında olan “Milli şura”nın “qonaqlıqlarında” başda oturur. Nəzərə alsaq ki, Müsavat Partiyası ilə AXCP (qrant layihələrində “Milli şura” kimi də təqdim edilir) biri-birini “persona non-qrata” elan edilib, bu şəxsin “siyasi kimliyi” mühüm suallar doğurur. Yəni, radikal müxalifət o günə qalıb ki, özünün siyasi təşkilatlarda yerini belə müəyyənləşdirə bilməyən bir şəxsin “ekspert” rəyinə möhtac qalıb...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

