“Vaqner”in “işçi elanı”...
13.06.2023 [11:20]
Hərbi qruplaşma Polşaya hücum üçün əsgər “axtarır”...
Şahanə XANKİŞİYEVA
Kaxovka SES-in partladılması, rəsmi Kiyevin əks hücumlara keçməsi bir ildən artıqdır davam edən müharibədə yeni mərhələ formalaşdırıb. Avropanın Ukraynaya hərbi dəstəyi, NATO-nun Ukrayna ilə açıq tərəfdaşlığı bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bu kontekstdə hətta qarşıdakı dövr üçün müharibənin miqyasının genişlənmə ehtimalı da irəli sürülür.
Ötən dövr ərzində qarşılıqlı hücumlarla və geriçəkilmələrlə müşayiət olunan hərbi eskalasiya Rusiya üçün daha yaddaqalan kimi dəyərləndirilib - belə ki, bir sıra regionların, xüsusilə strateji əhəmiyyətə malik bölgələrin Rusiyanın nəzarətinə keçməsi hərbi ekspretlər tərəfindən üstünlük kimi qiymətləndirilir. Bu üstünlüyün qazanılmasında isə “Vaqner” qruplaşmasının rolunun danılmazlığı qeyd olunur. Baxmayaraq ki, “Vaqner”in rəhbərliyi ilə Rusiya arasında zaman-zaman müəyyən gərginlik yaşanır, indiki halda bu “fikir ayrılıqlarının” belə siyasi gediş olduğu da iddia olunur. Qrupun son “çağırışı” isə daha böyük “maraq” oyadıb - belə ki, Vaqner Qrupu “Varşavaya qarşı kampaniya “elan edib”. “Priqojinin silahlıları” “yürüşdə” iştirak etmək istəyən hər kəsə üç şərt qoyub və iyunun sonuna qədər yeni “işçilər”in qəbuluna start verib. “Vaqner”in şərtinə görə, Polşa paytaxtına hücum etməkdə maraqlı olan hər kəs iki həftə ərzində 700 kilometr qət etməyə hazır olmalı, həmçinin, “əllər yuxarı”, “silahlarını at”, “paltarını çıxar”, “günah səndədir”, “ bu Belqoroda görədir”, “1612-ci ildə olduğu kimi” polyak dilində bəzi ifadələri öyrənməlidir. Bir sıra siyasi xarici ekspertlər də məsələylə bağlı fikirlərini bildiriblər.
Vaqnerin bu çağırışı isə birmənalı qarşılanmayıb. Bəzi siyasi analitiklər bu çağırışı qeyri-adekvat adlandırıblar. Siyasi təhlilçilərin fikrincə, Priqojinin məqsədi informasiya əməliyyatlarına qarşı Polşanın reaksiyasını yoxlamaqdır.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Ramiz Alıyev “Vaqner”in bu “təşəbbüsünü” qeyri-ciddi hal kimi qiymətləndirib. “Bu məsələ ciddilik daşımır. Polşa 1999-cu ildən NATO üzvü olan bir ölkədir. “Vaqner”in belə bir hücum təşkil etməsi isə Rusiya ilə NATO arasında müharibəyə gətirib çıxara bilər. Bu da Üçüncü Dünya müharibəsinin başlanğıcı olar. Ona görə də bu çağırış mümkünsüz haldır. Əgər hətta belə bir elan paylaşılıbsa belə, bu təbliğat xarakterli ola bilər. Yəqin ki, bu addım Polşa xalqını sınağa çəkmək, dövlətin reaksiyasını ölçmək üçündür. Belə bir arzu ola bilər, ancaq bu arzu Rusiyanı geri dönülməz yollara aparar. Çünki bir NATO ölkəsinə hücum etmək intihardır. Bildiyimiz kimi NATO ölkələri arasında hərbi müqavilə var - bir NATO ölkəsində müharibə olarsa, alyansın digər üzvləri müharibəyə məruz qalan NATO ölkəsinə dəstək olmalıdır. Belə hal isə Rusiyanın sonunu gətirər. İnanmıram ki, nə Rusiya, nə başqa ölkələr hazırki vaxtda yeni dünya müharibəsinin başlamasına razı olsunlar.
Əgər “Vaqner” hərbi qruplaşması rəsmi olaraq Rusiya dövlətinin tərkibindədirsə və bu açıqlama reallığı əks etdirirsə, bu, Rusiyanı intihara sürükləyə bilər. Hesab edirəm ki, rəsmi Moskva bu halları nəzərə alaraq Polşaya qarşı ciddi bir çağırış etməz”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

