“Mən ona inanmıram” - Trol Sadıqlı baş trolu ifşa etdi
29.07.2023 [10:20]
İllərdir, “mühacir biznesi”ndə ortaq olan siyasi dəllallar indi bir-birinə düşmən kəsiliblər. Xaricdəki trol Tural Sadıqlı keçmiş “müttəfiq”i, baş trol Əli Kərimlini ifşa kampaniyasına start verib. O, AXCP sədri haqqında bütün bildiklərini - saxtakarlıqlarını, “layk əməliyyatı”nı açıqlayır. Deyir ki, AXCP-nin 5 min üzvünün olması mümkün deyil: “Reallığı danışaq. 5 min nəfər AXCP-nin real üzvü varmı, mən ona inanmıram. Çünki partiyanın rəhbərinin özünün “facebook” səhifəsində yazdığı, paylaşdığı yazılara beş min layk gəlmir, min layk gəlmir, 700 bəyənmə gəlmir”.
Bu faktı Əli Kərimlinin yaxını dilə gətirir - AXCP sədri artıq heç kimi ittiham edə bilməz. Çünki keçmiş ortağının fikirlərinə qarşı hər hansı bir əks-arqument səsləndirə bilmir. Onun sosial şəbəkələrdə son dövrlərə qədər yalançı profillərlə yaratmağa çalışdığı “virtual izdiham” görüntüsü də fiaskoya uğrayıb - artıq hər kəs həqiqəti bilir. Bu mənada, Turala cavab verməyə söz tapmayan Ə.Kərimli onu sadəcə olaraq “çənə qəhrəmanı”, “boşboğaz” adlandırmaqla kifayətlənməli olur.
Əlbəttə ki, qaranlıq və saxta əməllərdə şərik olanlar qədər bir-birini yaxından tanıyan ola bilməz. Bu məntiqlə də Tural Sadıqlının Əli Kərimli barədə dediklərinin həqiqət yükü ilə bağlı mübahisə etmək istəməzdik, çünki sabiq “dostlar”ı bir-birinə bağlayan bir çox tellər var.
Təbii ki, Turalın Ə.Kərimlini ifşa etməsinin səbəbləri mövcuddur. T.Sadıqlının özü və müsavatçı atasının radikal müxalifət içindəki fəaliyyəti hər kəsə bəllidir. Onların pul naminə hər kəsi qurban verməyə hazır olduqları sirr deyil. 2018-ci ildə Tural Sadıqlı ilə cəbhəçi Məhəmməd Mirzəli 200 avroya görə bir-birini təhqir etmişdilər. Tural Sadıqlının ona çatacaq qrant payını mənimsədiyini bildirən M.Mirzəli keçmiş şəriki haqqında “sandığı açmış, pambığı tökmüşdü”. O, T.Sadıqlının atası Əlövsət Sadıqlı haqqında da bəzi faktları səsləndirmiş, onu “mühacir biznesinin oyunçusu” adlandırmışdı.
İndi trol Sadıqlı ilə baş trol Kərimlinin davasının 200-300 avro uğrunda olması istisna edilmir. Burada təəccüblü heç nə yoxdur, çünki rəzil olmaq və ifşa olunmaq onların həyat tərzidir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

