XİN Blinkenin köməkçisinin ABŞ Senatında səsləndirdiyi iddialara cavab verib
15.09.2023 [15:40]
"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi, ümumiyyətlə post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqları əks etdirməyən fikirləri isə sadəcə məyusluq doğurur".
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində deyilir.
XİN rəsmisi qeyd edib ki, ilk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir".
Bu fikirlər, 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir. ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla “blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur.
Ermənistan və Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən xanım Kimə xatırlatmaq istərdik ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif edilib. Azərbaycanın təşəbbüsü ilə başlayan, beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi ətrafında ikitərəfli danışıqlar prosesinin mövcudluğu post-müharibə və post-münaqişə dövrünün təməl prosesidir.
Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır. Bu baxımdan, 30 illik münaqişədən sonra yaranmış tarixi fürsətin danılması yerinə, Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə zidddir. Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən Azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hal-hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik.
“Hərbi hücum” iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır.
ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

