XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi Quba və Qusarda davam edir
15.03.2024 [14:13]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi Quba və Qusarda davam etdir.
Qış məktəbinin iştirakçıları “Multikulturalizmin Azərbaycan modeli sivilizasiyaların toqquşmasına cavab kimi” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Azərbaycan Dillər Universitetinin dosenti Afət Musayeva oxuyub. O, qeyd edib ki, Azərbaycan müxtəlif dəyərləri bir-biri ilə birləşdirən körpüdür. Tarixi faktlar da sübut edir ki, fərqli dünyagörüşünə, milli-mənəvi dəyərlər sisteminə, dini baxışlara sahib olan xalqların bir-biri ilə dialoq qurmaq, ortaq dil tapmağa çalışmaq kimi nəcib təşəbbüsləri bir çox hallarda bəşəriyyəti fəlakətlərdən, müharibə və toqquşmalardan xilas etmişdir. Tarixən başqa millətlərə, dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda müşahidə edilən tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər sistemindən, düşüncə tərzindən qaynaqlanır. Geostrateji mövqeyinə görə müxtəlif dünyagörüşlərin, milli-mənəvi dəyərlərin qovuşduğu bu torpaqlarda yaşayan insanlar birgəyaşayışın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, fərqli mədəniyyətlərin dialoqunu gündəlik həyatında hiss edir.
Qış məktəbinin iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kuninanın “Sivilizasiyaların toqquşması, yoxsa dialoqu?” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə vurğulanıb ki, hazırda dünya birliyində dialoq qlobal problemlərin həlli yoludur. Bu gün mədəniyyətlərin dialoqu anlayışı geniş məna kəsb edir, o cümlədən təkcə müxtəlif mədəniyyətlər tərəfindən inkişaf etdirilən mədəni dəyərlərin dialoqu deyil, həm də qloballaşma məkanında xalqların qarşılıqlı əlaqəsi və qarşılıqlı anlaşma forması kimi dialoq, sərhədlərin kəsildiyi məkandır. Sivilizasiyalararası dialoq, dünyada tolerantlığın və multikulturalizmin inkişafına təkan verir. Çünki, məhz dialoq dünya xalqlarının yaxınlaşması və qarşılıqlı olaraq bir-birini tanıması üçün şərait yaradır. Məruzəçi diqqətə çatdırıb ki, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların keçidi deyil, həmçinin siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkana, qarşılıqlı tamamlanma və vəhdət rəmzinə çevrilib.
Mühazirədən sonra qış məktəbinin iştirakçıları Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə olublar, yerli əhali ilə görüşüblər. Məscid, kilsə və sinaqoqları, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qış məktəbi çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamlarda iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verib.
Qeyd edək ki, martın 17-dək davam edəcək qış məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən artıq tələbə iştirak edir.
Xatırladaq ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

