Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb

Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb

22.03.2024 [22:30]

Uels şahzadəsi Ketrin (Keyt Midlton)xərçəng xəstəliyinə tutulduğunu və profilaktik kimyaterapiyadan keçdiyini açıqlayıb. 

Xalqa videomüraciətində Ketrin yanvar ayında qarnında cərrahiyyə əməliyyatının uğurla keçdiyini və ilkin olaraq xəstəliyinin xərçəng olmadığını düşündüyünü söyləyib. 

O qeyd edib ki, əməliyyatdan sonra aparılan testlər onun xərçəngin olduğunu aşkarlayıb. 

Xatırladaq ki, Uels şahzadəsi bu ilin yanvarında əməliyyatdan sonra istirahətə çıxaraq rəsmi işlərdən uzaqlaşıb. Bu da onun haqqında çoxlu şayiələrin yayılmasına səbəb olub.

Qeyd edək ki, Uels şahzadəsi Ketrin Kral III Çarlzın böyük oğlu, şahzadə Vilyam ilə evlidir. Cütlüyün üç övladı var.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31