Yeni müharibəyə hazırlıq...
18.03.2025 [08:57]
Ermənistan niyə silahlandırılır?
Cənubi Qafqazın əsaslı inkişafı, sabitliyin formalaşması və münasibətlərin normallaşması üçün sülh zəruri şərtdir. Bu mənada məğlub, iqtisadi geriləmənin cəngində boğulan, siyasi böhran yaşayan Ermənistan sülhün formalaşmasında daha maraqlı olmalıdır. 2022-ci ildən ölkəmizin təşəbbüsü ilə başlanan sülh prosesində Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar İrəvanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı və rəsmi şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi müddəalar Ermənistanın gələcəyi üçün vacib perspektiv yaradacaq.
İrəvan isə bütün destabil addımları bir kənara qoyaraq sülh üçün fəal iş aparmalı olduğu halda, yenidən silahlanma üçün can atır. Bu isə ölkənin Azərbaycana qarşı fəal müharibəyə hazırlaşdığını deməyə əsas verir. Başqa sözlə, bu gün fərqli maraqların Ermənistanı silahlandırması yeni eskalasiyalar üçün hazırlıq deməkdir.
Silahlar Ermənistana göndərilir...
Məsələn, bir müddət öncə Fransanın Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan bəzilərinin istehsalının başa çatdırıldığı ilə bağlı xəbər yayılmışdı. Həmçinin, Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.
Sülhün bağlanmaması üçün bütün gücünü ortaya qoyan Paris göründüyü kimi, İrəvanı açıq şəkildə silahlandırır. Bu proses 2024-cü ildə daha aktiv şəkildə aparılıb. Ötən il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib.
Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar. Bu isə Cənubi Qafqazda sülhü təhdid edir. Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusundakı XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, onların silahlanması göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir”.
Aİ missiyasının əsl “missiyası”...
Bəli, yenə də Fransanın ortada maneə kimi çıxış etməsi təəccübləndirici deyil. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin hələ də razılaşdırılmamış bəndlərinə nəzər saldıqda, başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməklə bağlı məsələyə Ermənistanın razılaşmaması bu məsələdə açar rolunu oynayır - Fransa Aİ missiyası adı altında bölgədə varlığını davam etdirməkdə israrlıdır. Prezident İlham Əliyev çıxışında bildirib ki, əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər: “Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var”.
2023-cü ilin əvvəlindən etibarən “mülki monitorinq missiyası” adı altında Ermənistana yerləşdirilən bu qrupun missiyası bəllidir. - Avropa İttifaqı, xüsusilə Fransa məhz bu yolla Ermənistana yerləşmək, oradan isə bölgəyə nüfuz etməyə çalışır. Amma bu, mümkün olmur. Belə ki, Azərbaycanın qətiyyətli davranışı “mülki monitorinq” adı altında gizlənən qrupun əsl simasını üzə çıxarır. Heç bir effektivliyi olmayan “binokl diplomatiyası” isə sadəcə lokal maraqların təcəssümüdür - hətta Ermənistana belə faydası olmayan missiya bəzən daxili stabilliyi pozmaq, bəzən şərti sərhəddə gərginlik yaratmaq, bəzən isə qeyri-adekvat “mesajlar” üçün istifadə olunur.
Müharibə üçün pul ayıran “sülh fondu”...
Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyası isə get-gedə genişləndirilir. Hətta artıq bir müddətdir ki, Aİ-nin fərqli strukturları Ermənistanın militaristləşdirilməsi prosesinə “fəal dəstək” verməyə başlayıb. Məsələn, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımlar göstərilməsi üçün maliyyə yardımı ayırır - bu yardım isə ildən - ilə artırılır. Beləliklə, maliyyə heç də Fondun adına uyğun olaraq “sülhə” deyil, qarşıdurmaların miqyasının daha da genişlənməsinə xidmət göstərir. Dövlət başçısı açılış nitqində bu məsələyə toxunaraq qeyd edib ki, Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür: “Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

