Çini “qınayanlar”...
09.04.2025 [10:09]
İşğalçı Ermənistanı silahlandıran Fransa Pekinin hərbi təlimlərindən niyə narahatdır?
G7-nin xarici işlər nazirləri Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatlıqlarını ifadə ediblər. Belə ki, qurumun XİN başçıları adından yayılan məlumatda bildirilib ki, Tayvan yaxınlığında Çinin “Xalq Azadlıq Ordusu”nun (AXO) təlimləri Yeddilik Qrupuna (G7) üzv ölkələrin narahatlığına səbəb olur. Birgə bəyanatda deyilir: “Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi, Çinin təxribat xarakterli hərəkətlərindən, xüsusən də Tayvan ətrafında son irimiqyaslı hərbi təlimlərindən dərin narahatlığımızı bildiririk”.
Qeyd edək ki, aprelin 1-də və 2-də AXO Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirib. Uzaqmənzilli silahlardan simulyasiya edilmiş hədəflərə atış təlimləri baş tutub - təlimlər dəniz limanlarına və enerji infrastrukturuna zərbələr endirmək simulyasiyaları ilə həyata keçirilib. Adanın şərqində təyyarədaşıyan gəmi yerləşdirilib.
Tayvan “hakimiyyəti” necə quruldu?
Vurğulayaq ki, 76 illik bir tarixə malik Tayvan məsələsinin əsası 1949-cu ildə qoyulub. Həmin il Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orada sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib. Özünü “müstəqil” sayan Tayvanın dövlət quruluşu ilə bağlı fikir ayrılıqları mövcuddur. Adanın “konstitusiyası” və təxminən 300 min nəfərlik ordusu var. Maraqlıdır ki, bir vaxtlar orada sürgün hökuməti qurmuş Çan Kayşi bu hökumətin bütün Çini təmsil etdiyini və ölkəni geri almaq niyyətində olduğunu bildirmişdi. Hətta o vaxt Çini BMT Təhlükəsizlik Şurasında Tayvan təmsil edirdi, çünki bir çox Qərb ölkələri fərdi maraqlar üzərindən həqiqi Çin hökuməti olaraq Tayvandakı idarəçiliyi qəbul edirdi. Amma 1970-ci illərdə Təhlükəsizlik Şurasının bəzi üzvləri artıq Tayvanın Çində yaşayan yüz milyonlarla insanı təmsil edə bilməyəcəyini vurğuladılar. 1971-ci ildə BMT Təhlükəsizlik Şurasındakı təmsilçilik Pekinə qaytarıldı, Tayvan oradan çıxarıldı.
1978-ci ildə Çin açıq iqtisadiyyat siyasəti yürütməyə başladı. Ticarət imkanlarını qiymətləndirən və münasibətləri inkişaf etdirmək zərurətini dərk edən ABŞ 1979-cu ildə Pekinlə diplomatik əlaqələr qurdu. Sonrakı illərdə Tayvanı rəsmən tanıyan ölkələrin sayı kəskin şəkildə azaldı, hazırda cəmi 15 belə ölkə var.
Amma son illərdə Qərbin yenidən Tayvan üzərindən Çinə təzyiq etdiyi göz önündədəri - ümumiyyətlə, Qərb bütün geosiyasi məkanlarda olduğu kimi burada Tayvanı öz əlində rıçaq kimi saxlayır. Çinlə bağlı hər hansı “problemi” yaranan zaman məhz Tayvan üzərindən “hücuma” keçir.
Azərbaycan “vahid Çin” prinsipini dəstəkləyir...
Azərbaycan isə hər zaman “vahid Çin” siyasətinə sadiq olub. Hətta ötən ilin mayında Tayvanda “separatçı administrasiya”nın rəhbəri fəaliyyətə başladığı zaman Azərbaycanın xarici siyasət idarəsi bəyan etmişdi ki, ölkəmiz “Vahid Çin” siyasətini dəstəkləyir, Tayvanın müstəqilliyini tanımır. Bizim mövqeyimiz bundan ibarətdir ki, davam edən problemdə hüquqi mövqe Çinə aiddir - rəsmi Pekinin tələbləri beynəlxalq hüquqa əsaslanır. Hətta ötən ilin iyulunda Çin ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə bu məsələ açıq kontekstdə vurğulanır - Bəyannamənin 1.1 maddəsində bildirilir ki, “Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”.
İrəvana münasibətdə...
İkili standart yenidən təzahür edir
G7 ölkələrinin mövqeyinə gəldikdə isə maraqlı bir paradoks oratya çıxır. G7 ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, minlərlə insanı qətlə yetirən, soyqırımları törədən, kənd və şəhərlərimizi dağıdan Ermənistanı qınamayıb, bu işğalla bağlı hər hansı bir narahatlıq ifadə etməyib. Əksinə, adıçəkilən qurumda təmsil olunan ölkələrdən bəziləri, hətta münaqişənin həllində “vasitəçi” olan Fransa işğalçı, təcavüzkar ölkəni dəstəkləyib. Bu gün özünün suverenliyini təmin etməyə çalışan Çinə qarşı mövqe tutanlar niyə İrəvandan silahlanmasının səbəbləri soruşmur? Pekin öz ərazisində hərbi təlim keçir - bunu “təhlükə” sayan Fransa Ermənistanı öldürücü silahlarla təmin edir. Halbuki Ermənistan 30 il başqa bir dövlətin 20 faizə yaxın ərazisini açıq şəkildə işğal altında saxlayıb. Bu kimi faktlar bir daha “Qərb demokratiyası”nın əsl üzünü ortaya çıxarır. Səbəb isə bəllidir - fərdi korporatv maraqlar... Öz ölkələrində yaşayan insanlara minimal hüquq tanımayanlar, neokolonialist siyasətdən əl çəkməyənlər hansı haqla belə bir qınaq nümayiş etdirir? Fransa kimi ölkələr öz daxili problemlərini həll etmək yerinə Cənubi Qafqazda sülhün bərpasına mane olur, Tayvanda açıq separatizmə dəstək verir. Beləliklə də, özlərini “böyük dövlət” elan edən, beynəlxalq hüququn, beynəlxalq ədalətin “keşiyində” dayandığını iddia edən ölkələrin özlərinin əks addımlarının şahidi oluruq. Bu isə onu göstərir ki, onilliklərlə Qərbin təqdim və təlqin etməyə çalışdığı “demokratiya illüziyası” sadəcə boş taftalogiyadan ibarət olub. Azərbaycan öz nümunəsində bir daha sübut etdi ki, hər bir ölkə öz gücü, qüdrəti sayəsində öz problemlərini həll edə bilər. Kimin nə deməsindən asılı olmayaraq...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

