Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq

24.04.2026 [17:27]

APA İnformasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanmışdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin qeyd olunub: “Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.

Bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq”.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30